Qeybdən səslər eşitdi, Səyavuş Aslan onu aldadıb ruhi xəstəxanaya apardı...

Qeybdən səslər eşitdi, Səyavuş Aslan onu aldadıb ruhi xəstəxanaya apardı...Bu gün aktrisa Ofeliya Aslanın doğum günüdür.

Sonxeber.az Kulis.az-a istinadən bu münasibətlə onun haqda 10 maraqlı faktı təqdim edir.

Ofeliya xanım 27-də Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub. Atası əslən Güney Azərbaycandan olsa da, bütün həyatı Bakıyla bağlı olub.

Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndərirlər. Ofeliya isə orada anasının yanına gedib gəlirmiş. Rejissorlar ona da rol verirlərmiş. Səyavuş Aslan orada Ofeliyanı görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. "Mən artistə qız vermərəm" deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kim deyib inad edir və istədiyinə nail olur.

Deyilənə görə cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrını paltar sexindən bəylik kostyumu seçib veriblər. Onların Çingiz və Eldar adlı iki oğlu olur.

Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənlərə görə onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. Səyavuş Aslan teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Bundan xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır.

Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır...

Ofeliya xanım bütün bunları belə xatırlayırdı: "Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı məni hansısa professorla görüşdürəcək... Orada professorla görüşdüm, bir neçə gündən sonra isə hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb, geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birlikdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram".

Deyilənə görə Ofeliya Aslan çox qısqancmış, amma bunu mümkün qədər büruzə vermirmiş. Ər-arvad küsülü vaxtlarında səhnəyə çıxıb bir-birləri ilə elə danışırmışlar ki, həyatda danışmadıqlarını heç kim ağlına da gətirməzmiş. Hətta "Hicran" tamaşasında oynayanda da küsülü olublar.

Aktrisa həmişə deyirmiş ki, heç ölmək istəmir. Bir yeri ağrıyan kimi təlaş keçirirmiş. Əslində, sağalmaz xəstəliyə tutulubmuş, amma həkimlər bunu ondan gizlədiblər. Ölənə qədər də bilməyib.

Səyavuş Aslan da onun haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: "Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik... Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi".

Sonralar Səyavuşa başqası ilə evlənmək təklif olunsa da razı olmayıb. Deyib mən başqası ilə evlənsəm qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm. Ofeliya xanım 2010-cu ilin 18 mayında səssizcə vəfat edir. Onunla vidalaşarkən göz yaşları axıdan Səyavuş Aslan uzun müddət xəstə yatandan sonra 27 iyun 2013-cü ildə 77 yaşında Ofeliya xanımın ölümündən üç il sonra dünyasını dəyişir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2197   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr