Narkotacir ana və oğul SAXLANILDI - FOTO
Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılıb və dövriyyədən beş kiloqramdan artıq narkotik vasitə çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərova saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan M.Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan artıq narkotik vasitə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər - Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Turac Rzazadənin iki yaşayış evindən 2 040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin iki evdən 800 manat dəyərində elektrik generatoru, iki ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2 100 manat dəyərində notbuk, monitor və məzar daşlarının hazırlanmasında istifadə olunan avadanlıqları oğurladığı müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı