Ordubadda qar örtüyünün hündürlüyü 41 santimetr olub - FAKTİKİ HAVA
Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 28-i saat 11:00-a olan məlumatına əsasən, yanvarın 27-si günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı Salyanda 9 mm, Sarıbaş (Qax), Şahbuzda 6 mm, Sabirabad, Cəfərxanda 4 mm, Lerik, Kişçay (Şəki), Ordubad, Ağdərədə (Ordubad) 3 mm, Naxçıvan, Daşkəsən, Göygöl, Qobustan, Qusar, İmişli, Şamaxı, İsmayıllı, Ağsu, Şabranda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 4 mm, Pirallahıda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 41 sm, Sarıbaşda (Qax) 29 sm, Şahbuzda 15 sm, Qrızda 13 sm, Lerikdə 7 sm, Naxçıvanda 6 sm, Kişçayda (Şəki) 5 sm, Xaltanda 4 sm, Şamaxıda 2 sm, Daşkəsəndə 1 sm təşkil edib.
Şimal-qərb küləyinin sürəti Tərtərdə arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,4 metrə çatıb.
Havanın minimal temperaturu bu gecə aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 848 Tarix: 28 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr