Bakıda ahıl kişinin başına daşla vuraraq pulunu ələ keçirən şəxs TUTULDU - VİDEO
Yanvarın 17-də paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində bir nəfər 70 yaşlı Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyəsinə daş parçası ilə vuraraq yerə yıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, daha sonra həmin şəxs zərərçəkənin üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkənin izahatı alınıb.
Şöbə əməkdaşları tərəfindən qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılaraq Polis Şöbəsinə gətirilib və istintaqa təhvil verilib.
Samir Xudaverdiyev ifadəsində hadisə günü zərərçəkəni metronun "28 May" stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Samir Xudaverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Samir Xudaverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1333 Tarix: 28 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr