İlham Əliyev Qazaxıstan Prezidentinə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
"Nur Otan" Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik.
Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və "Nur Otan" Partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.
Əminəm ki, rəhbərlik etdiyimiz partiyalar arasında sıx qarşılıqlı fəaliyyət xalqlarımızın mənafeyi, ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik inkişaf edəcək və dərinləşəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Qazaxıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1391 Tarix: 28 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
8 noyabrİlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
9 noyabrÖzgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi
9 noyabrTürkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah
9 noyabr