Bu gün yazıçı, satirik, dramaturq Xeyrəddin Qocanın doğum günüdür

Bu gün yazıçı, satirik, dramaturq Xeyrəddin Qocanın doğum günüdürHər zaman fəxr etdiyim, qurur duyduğum cəsarətli, yüksək insani keyfiyyətlərə malik, məğrur insan Xeyrəddin Qoca, çətin və məsuliyyətli peşə olan jurnalistika fəaliyyəti ilə məşğul olduğunuz illərdə, paxıllığınızı çəkən, ölkəni fəlakətə sürükləyən bəzi qüvvələr tərəfindən hədələnməyinizə və təzyiqlərə məruz qalmağınıza baxmayaraq ulu öndər Heydər Əliyevə olan xalq sevgisinin qarşısını almaq istəyənlərə və ölkəmizin ictimai-siyasi sabitliyini pozmaq arzusunda olanlara qarşı savaş açaraq cəsarətli yazılarınızla, məğrur və əzimkar duruşunzla xalqın rəğbətini qazana bildiniz.

Dövlətimiz, xalqımız üçün etdiyiniz fədakarlıqları qiymətləndirən ulu öndər Heydər Əliyev yüksək etimad göstərərək Sizə önəmli vəzifələr tapşırdı və bu vəzifələrin öhdəsindən layiqincə gələrək hər birimizə nümunə oldunuz. Yazıçı kimi şərəfli bir peşənin sahibi olaraq bütövlükdə Azərbaycanda nüfuzlu, ziyalı, yüksək əxlaqi keyfiyyətlərə malik vətəndaş kimi ad-san qazanmısınız. Müəllifi olduğunuz "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", "Bu dünyadan məktublar", "Gərək yazam", "Hərənin öz payı", "Pyeslər", "Bu da belə həyatdır..." , Türkiyədə çıxan "Biz-bizə bənzərik...", "Yazdıqlarım...Yazı- lanlar", həyat və yaradıcılığınıza həsr olunmuş "Xeyrəddin Qoca", "Ömür belə keçir", "Xeyrəddin Qocanın gülüşü", "Həyati proseslərin axarında.."adlı kitablarınızdakı yazılarınızla üzümüzdə təbəssümlə bərabər, təsəvvürümüzdə cə­miy­yət­də olan əyər-əsk­iklə­r barədə fikir yaratmağı bacardınız. Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinizə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə laiq görülməyiniz və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilməyiniz nə qədər güclü və dəyərli şəxsiyyət olduğunuzun göstəricisidir.

Siz bizim üçün dəyişilməz xarakterli, cəsarətli, böyük hörmət bəslədiyimiz geniş qəlbli bir insan və hər zaman dərs alacağımız böyük bir məktəbsiniz. Keçdiyiniz həyat yolundan və təcrübələrinizdən öyrənəcəyimiz çox şey var. Hörmətli və dəyərli əmim Xeyrəddin Qoca, Sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirəm! Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və yaradıcılıq fəaliyyətinizdə uğurlar arzulayıram. Şəxsən öz adımdan və ailəmiz adından çətin anlarımızda yanımızda olub, dayağımız olduğunuz və qazandığımız hər bir uğur üçün Sizə minnətdarlığımı bildirirəm. Dəstəyiniz və məsləhətləriniz bizim üçün hər zaman dəyərlidir.

Tural Qoca


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1110   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr