Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq"Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun əsası 24 il bundan əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Fondun əsas missiyası Türkiyə və Azərbaycan başda olmaqla, bölgədə sabitlik, sülh və əmin-amanlığın təmin olunması, ümumi olaraq iki ölkə, eləcə də türk coğrafiyası arasında iqtisadi, mədəni və bir sıra fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verməkdir.

Fond bu istiqamətdə həm Azərbaycanda, həm də Türkiyədə bir çox tədbirlər həyata keçirib.

Türkiyənin bütün KİV-ləri, eləcə də Azərbaycan mediasının qardaş ölkədəki təmsilçiləri ilə olan görüşümüzün əsas məqsədi isə Ermənistanla normallaşma dövründə atılacaq addımları müzakirə etmək, QHT və mətbuat nümayəndələrinin buna yanaşmasını öyrənməkdir. Fondun növbəti toplantısı Qarabağda keçiriləcək".

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri İstanbulda mətbuat nümayəndələri ilə keçirilən görüş zamanı Azərbaycan jurnalistlərinə açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin Azərbaycanda "Şuşa İli" elan edildiyini xatırladan Aygün Attar qeyd edib ki, Fondun "Şuşa ilində" bir təməl hədəfi var:

"Bu da Zəngəzur dəhlizinin açılmasıdır. Bu baxımdan bugünkü toplantı çox vacibdir. Əsas məqsəd türk mətbuatının gücünü Türkiyə sərhədləri xaricində də göstərməkdir. Biz, 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, türk mətbuatının Avropaya, ABŞ-a açılma rolunu üstlənməsini istəyirik".

Fondun növbəti toplantısının Qarabağda keçirilməsinin planlaşdırıldığını bildirən professor bunun mart-aprel aylarında nəzərdə tutulduğunu deyib:

"Qarabağda keçirəcəyimiz növbəti toplantıda sadəcə Türkiyə və Azərbaycan mediası deyil, dünyanın aparıcı KİV nümayəndələrinin də iştirakı gözlənilir. Xüsusilə iqtisadi sahə üzrə yazarların da olduğu bir görüşün keçirilməsi​ nəzərdə tutulur. Çünki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə üçün deyil, Rusiya və İran da daxil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli, Qarabağ Zəfərindən sonra bölgənin geosiyasi və strateji əhəmiyyətini dəfələrlə artıran yoldur. Buna görə də dəhlizin uğurlu şəkildə, ən qısa zamanda açılmasının təmin olunmasında sivil insanların, media qurumları və elm adamlarının çox böyük rolunun olduğunu düşünürük".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1057   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzində Siz

8 noyabr
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanl

8 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr