"Yoluxma rekord həddə çata bilər"- Qapanmalarla bağlı infeksionistdən AÇIQLAMA

"Yoluxma rekord həddə çata bilər"- Qapanmalarla bağlı infeksionistdən AÇIQLAMASon vaxtlar əhali arasında boğaz ağrısı, hərarət, halsızlıq çox müşahidə olunur. "Omicron" ştammına yoluxma fonunda bu kimi halların adi mövsümi qrip, yoxsa yeni ştamm olduğunu necə müəyyən etmək olar? Bildiyimiz kimi, ''Omicron" ştammı koronavirusun digər versiyalarına nisbətdə daha sürətlə yayılma tempinə malikdir. Əhali arasında yoluxma hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

İnfeksionist Nicat Əzimli Sonxeber.az-a açıqlamasında bildirib ki, qarşıdakı həftələrdə, fevral ayının ortalarına yoluxma rekord həddə çata bilər, lakin "Omicron" variantının həyati təhlükəsi digərlərinə nisbətən daha azdır:

"Bu hal insanlarda, təəssüf ki, arxayınlıq yaradır. Bu isə düzgün deyil. Çünki bəzi yanaşı xəstəlikləri olanlar, yaşlı insanlar xəstələndikdə ağırlaşmalar olur. "Omicron" variantının simptomları təxminən bir həftə müddətində olur. Bu ştammın əsas simptomları xəstəliyin patogenezi ilə əlaqədar olub, daha çox yuxarı tənəffüs yolları ilə bağlıdır.

Simptomlar elə qrip əlamətləri kimi də özünü göstərir. Burun-boğazda diskomfort, selikli qişaların iltihabı, boğaz ağrısı, boğaz qıcıqlanması, quru öskürək, bəzən kataral əlamətlərin bakterial infeksiyaya keçməsi nəticəsində bəlğəmli öskürək də müşahidə oluna bilir. Çox zaman ilkin olaraq qızdırma ilə özünü biruzə verir. Xəstələrin 68%-də baş ağrısı ilə başlayır.

Uşaqlarda da xəstəliyin gedişatı böyüklərdə olduğu kimidir. Burada bir məqam var ki, bağçalarda, məktəblərdə uşaqlar bir-birilə sıx təmasda olduğu üçün onlar arasında yoluxma halları daha çox olur. Daha sonra həmin uşaqların ailə üzvlərində də yoluxma müşahidə olunur."

Qapanmaların olub-olmayacağı ilə bağlı sualın cavabında isə həkim bildirib ki, epidemik vəziyyət səhiyyə və digər sektorlara çox kəskin təsir göstərsə, qapanma ola bilər:

"Belə olduqda Operativ Qərargah müvafiq qərar qəbul edəcək. Vaksinasiya, gigiyena qaydalarına riayət, maskanın taxılması və sosial məsafənin saxlanılması bu ştamma yoluxmanın qarşısını nisbətən ala bilir. Buster dozanın vurulması, xəstəliyin yüngül keçirilməsinə səbəb olur".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 4309   Tarix: 31 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda

14 sentyabr
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

10 sentyabr
.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl

13 sentyabr
.

Elektron reseptlər nə qədər effektiv olacaq? - AÇIQLAMA

Elektron resept sisteminin tətbiqi dərmanların təyinatı və istifadəsinə nəzarətin gücləndirilməsi baxımından mühüm dəyişiklikdir. Sistemin düzgün işləməsi həm həkimin təyin etdiyi preparatlar barədə məlumatların elektron şəkildə izlənməsinə, həm də pasiyentin eyni və ya oxşar təsirli dərmanları lazımsı

2 sentyabr
.

Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?

Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər

11 sentyabr
.

Əməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA

Əməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər. Bəs, əməliyyatdan sonra xəstəni

3 sentyabr
.

Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər

Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala

14 sentyabr
.

Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı

Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır

15 sentyabr
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

3 sentyabr