Arpa suyu - süd artıran vasitə

Arpa suyu - süd artıran vasitəDünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır.

Sonxeber.az-ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır. Lakin unutmaq lazım deyil ki, südün artırılması üçün körpə mütləq şəkildə ən azı sutkada 10-12 dəfə əmizdirilməlidir. Əgər müəyyən narahatlıqlar səbəbi ilə körpə döşdən bir başa əmməkdən imtina edirsə, o zaman ana ən geci 2 saatdan bir südünü sağmalı və alternativ əmizdirmə üsulları ilə körpəsinə verməlidir. Düzgün təşkil edilən əmizdirmə zamanı südartıran vasitələr də daha çox fayda verməkdədir.

Arpa suyu

Arpa suyu tarixən bir sıra xəstəliklərin müalicəsində istifadə edilməsindən əlavə, təqribən 2000 il əvvəl südartıran içki kimi istifadə edildiyi aşkar edilmişdir. 1 və ya 2 həftə ərzində qəbul edilən arpa suyu südazlığından əziyyət çəkən anaların südünün artmasına səbəb olacaqdır.

Səhər bir çaydan arpa suyu hazırlamaqla, gün ərzində onu qəbul etmək gərəkdir. Zövqə uyğun olaraq arpa suyuna təbii şirinləşdiricilər əlavə etmək olar. Arpa suyunu istənilən növ arpadan hazırlamaq olar.

Hazırlanması:

1 fincan arpanı 3 litr suya əlavə edib 2 saat ərzində bişimək gərəkdir. Mayenin təqribən yarısı buxarlanmalıdır. Hazırlanan içkinin rəngi nə qədər çox cəhrayımtıl və mayesi həlimli olsa bir o qədər təsiri çox olacaqdır.

Əgər arpa suyu hazırlanarkən içmək üçün çox qatı alınarsa ona su əlavə etmək olar.

İçki hazır olduqda, odun üzərində götürülməli və süzülməlidir. Süzülmüş arpa artıq dadsız olduğundan onu atmaq da olar.

Arpa suyunda 1 xörək qaşığı razyana tozunu və ya 2-3 çay qaşığı razyana toxumunu dəmləyib içmək məsləhətdir.

Hətta razyana toxumunu güldəfnə toxumu ilə əvəz etmək olar.

Bütün sadalanan vasitələri sınamamışdan öncə, əmizdirən ana özünə olan inamını və güvənini artırmalı, müsbət fikirlərə qapanmalı və ona edilən mənfi təsirlərə əhəmiyyət verməməyə çalışmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 785   Tarix: 08 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğun

25 sentyabr
.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər. Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T

26 sentyabr
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23 sentyabr
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20 sentyabr
.

Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video

"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri

4 oktyabr
.

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf

29 sentyabr
.

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbər

24 sentyabr
.

İnsan beyninin sirri açıldı

Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə

22 sentyabr
.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16 sentyabr