Afət Fərmanqızının ərinin həbsinin təfərrüatı: Rüsvayçı mesajlar var - YENİLƏNİB + VİDEO

Afət Fərmanqızının ərinin həbsinin təfərrüatı: Rüsvayçı mesajlar var - YENİLƏNİB + VİDEOMüğənni Afət Fərmanqızının əri Mamed Nanazanovun həbsi ilə bağlı yeni təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında sonuncu insident Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən çay evində baş verib. Orada M.Nanacanov Sumqayıt şəhər sakini Vaqif İsayevi külqabı ilə vuraraq ona xəsarət yetirib.

Bundan başqa məlum olub ki, Nanacanovun İsayevi hədələməsi ilə bağlı konkret təkzibedilməz sübutlar var. Belə ki, Nanacanov İsayevə müxtəlif vaxtlarda SMS mesajlar yazaraq 200 min dolları verməyəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyini, habelə başlarına rüsvayçı hadisələr gətirəcəyini bildirib, zərərçəkən şəxsi ağır söyüşlərlə təhqir edib.

11:55
Afət Fərmanqızının həyat yoldaşı iki maddə üzrə təqsirli bilinir.

Lent.az-ın məlumatına görə, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur.

O, yanvarın 31-i səhər saatlarında Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Xəzər rayon Məhkəməsinin qərarı ilə M. Nanacanov barəsində həbs qətimkan tədbiri seçilib.

11:15

Müğənni Afət Fərmanqızının həyat yoldaşının polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə Sumqayıt şəhər sakini Vaqif İsayev polisə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayından bu ilin yanvarın 31-dək olan müddətdə Rusiya vətəndaşı, 42 yaşlı Mamed Nanacanovun onu və ailə üzvlərini öldürəcəyi ilə bağlı hədələyərək, 200 min dollar tələb etməsini bildirib.

M.Nanacanov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

M.Nanacanov barəsində həbs qəti-imkan tədbiri seçiləcəyi gözlənilir.

10:20
Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov adlı şəxs polis tərəfindən saxlanılıb.
Axşam.az xəbər verir ki, ifaçı bu haqda özü məlumat yayıb. O bildirib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:

"Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim".

Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 10873   Tarix: 01 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Seda Sayan lüks çanta etirafı ilə gündəmə gəldi: "Saxtasını da alıram, nə var ki?"

Türkiyəli məşhur müğənni Seda Sayan lüks məhsullara münasibəti ilə bağlı açıqlaması ilə diqqət çəkib. Sənətçi xüsusilə bahalı çantaların qiymətlərini tənqid edərək orijinal məhsul əvəzinə saxta variantlardan istifadə etdiyini açıq şəkildə bildirib. xarici mediaya istinadla xəbər verir ki, Seda Saya

18 avqust
.

Məşhur aparıcının həkim həyat yoldaşı DÜNYASINI DƏYİŞDİ - FOTO

Türkiyədə tanınmış televiziya və xəbər aparıcısı Erhan Çelikin həyat yoldaşı, mama-ginekoloq Özlem Gültekin vəfat edib. -a istinadən xəbər verir ki, kədərli xəbər Gültekinin təsis etdiyi klinikanın sosial media hesabında paylaşılaraq ictimaiyyətə çatdırılıb. Paylaşımda bildirilib ki, minlərlə qadını

16 avqust
.

Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Tanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib. xəbər verir ki, bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq "RİA Novosti" məlumat yayıb. Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkə

18 avqust
.

Cem Yılmazdan ÜZÜCÜ XƏBƏR

Məşhur komediya ustası Cem Yılmaz keçirdiyi ürək spazmı səbəbindən xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Çanaqqalanın Ayvacık rayonundakı evində dincələn Yılmazın səhhəti pisləşib və o, xəstəxanaya aparılıb. Sinə ağrısı şikayət

29 avqust
.

Mətanət Əsədova: "Kişilər güclü qadın sevmir"

"Bu gün heç bir kişi güclü qadını sevmir. Bunu yadınızda saxlayın, öz həyatımdan bilirəm. Ağıllı, güclü, hər şeyin öhdəsindən gələn bir qadını heç bir kişi sevməz. Kişi heç nəyi bilməyən, diqqətsiz qadını sevir. Qadınlara üzümü tutub deyirəm ki, çox güclü olmayın. xəbər verir ki, bu sözləri müğənn

21 avqust
.

8 il sonra eyni serialda çəkiləcəklər

"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"

23 avqust
.

"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi

29 avqust
.

Könül Kərimovanın qızı boşanıb

Əməkdar artist Könül Kərimovanın qızı Ləman boşanıb. Axşam.az xəbər verir ki, müğəninin qızı bu barədə özü açıqlayıb. O, həyat yoldaşı Orxanla ayrıldıqlarını bildirib. Qeyd edək ki, Ləmanın 2017-ci ildə Orxanla ailə qurub. Onun bu evlilikdən Dəniz adlı bir qızı var

29 avqust
.

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi"

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə qarşılaşdığı hadisə ilə bağlı sosial mediada şərh bildirib. Axşam.az-ın məlumatına görə, aparıcı türkiyəli müğənni Ajda Pekkanın stilistinin saçlarını yandırdığını açıqlayıb:. "Oxşar hissi keçən il yaşadım və davam edir. Üç il qulluq etdim, proqram zamanı dah

18 avqust