Azərbaycanın sirli qatarı: "Uşaqlarımız isti olanda vaqonun altında yatırdı" - VİDEO
Bu qatarlar Ağdam-Xocalı, Xocavənd, Xankəndi və Ağdərədən köçkün düşən insanların taleyində önəmli rol oynayıb. Bu yük qatarları kiminə ev, kiminə iş yeri olub.
APA TV-nin xəbərinə görə, yeni Bərdə-Ağdam dəmir yolu çəkildikdən sonra bu yaşlanmış qatarlar sökülüb daşınacaq.
"1993-cü ildə Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdikdən sonra isti yay günündə gedəcək yeri olmayan soydaşlarımız məhz relslərin üzərində dayanan bu yük vaqonlarında məskunlaşmaq məcburiyyətində qaldılar. İllərlə məhz bu vaqonlarda yaşadılar. Yayın isti günlərini, qışın soyuq havasını burada keçirdilər".
Ağdam sakini Qorxmaz Gülməmmədov deyir ki, o vaqonda dərs deyib:
"Dəmir yol vağzalında vaqonda dərs deyirdim. Qiyaslı uşaq musiqi məktəbində müəllim işləyirdim... Həm də elə vaqonda yaşayırdıq. Bizim gəncliyimiz çox pis vaxta düşdü. Vaqonda elə bir vəziyyətdə yaşayırdıq ki, yayda isti, qışda soyuq. Biz qışda uşağın üzün əlimizlə qızdırırdıq ki, uşağın üzü soyumasın. O cümlədən də üstünə bir şey sərirdik ki, soyuq vurmasın, üstünə soyuq su dammasın, şeh dammasın".
Əslən Xocavənd rayonundan olan Qorxmaz Gülməmmədov yük qatarlarında yaşayan soydaşlarımızdan sadəcə biridir. O, Ağdam şəhərindən köçkün düşüb. Köçkün həyatının elə ilk illərindən 2006-cı ilə qədər bu vaqonlarda yaşayıb. Vaqonlarda ailə qurub, buradaca övlad böyüdüb. Onun kimi yüzlərlə gənc ailə məhz elə bu relslərin üzərində yaşam mübarizəsi aparıb:
"Məcburi köçkünlər uzun illər bu yük qatarında yaşadılar. Onlar burda yaşadığı müddətdə özləri üçün şərait qurmaq üçün də çalışdılar. Gördüyünüz bu tikili də burada yaşayan ailənin ya mətbəxi olub, ya da çörək pulundan artırıb aldığı toyuqları saxlamaq üçün bir hin".
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1559 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021