Azərbaycanda fotoları yayılan qız intim xidmətlər təklif edən "Telegram" kanalını polisə verdi
Azərbaycanda "Telegram"da "... AZE + 18" adı altında açılan kanalda qızlardan biri onun şəkillərinin icazəsiz kanala atıldığını bildirib.
"Instagram"da hesabı olan qadınlardan biri S.R. Oxu.Az-a açıqlamasında bildirib ki, bu sosial şəbəkədə 6 minlik hesabı var və orada şəkillərini paylaşır:
"Ötən həftə həmin səhifə mənim şəkillərimi paylaşıb ki, guya mən pul qarşılığında intim xidmətlər göstərirəm. Mənim 17 yaşım var və Türkiyədə hüquq fakültəsində təhsil alıram.
Mənim 18, 27, 30 yaşım olsun, kiminsə icazəsiz şəkillərimi paylaşmağa ixtiyarı yoxdur. Mən özümü mənəvi cəhətdən zəif saymadığım üçün bu cür hal mənə zərbə deyil, amma həmin adam da etdiyi hərəkətə görə qanun qarşısında cavab verməlidir".
O deyir ki, şəkilləri kanalda yayılan zaman məsələni ailəsinə bildirib:
"Atam vəkildir və biz polisə müraciət etmişik. Mən həmin səhifədəki adminə yazdım, tələbə biletimi atdım və məsələni izah etdim ki, şəkilləri silsin. O adam mənə dedi ki, kart hesabıma 200 manat pul köçürsən, şəkilləri silərəm".
S.R. əlavə edib ki, şəkillərinin silməsi ilə üçün deyilən 200 manat pulu göndərməyib:
"Həmin şəxsin etdiyi şantajdır. Bu hal kiminsə zorlaması ilə eyni səviyyədədir. Mənim ətrafım niyə belə bir şey görməlidir? Məni və ailəmi tanıyan, tanımayan var. Belə bir şey etmək üçün cəsarəti haradan tapırlar, bilmirəm".
Qeyd edək ki, açılan kanal "Instagram"da özünə çox sayda izləyici toplayan "model"lərin intim xidmətlərini təklif edir. Kanalın admini sosial şəbəkələrdə populyarlaşan müxtəlif qızların şəkillərini paylaşaraq nömrələrini və görüşdüyü məkanı qeyd edir. Həmin şəxs bildirir ki, fotoları paylaşılan qadınlar əlaqə nömrəsini və şəkillərini özləri səhifəni idarə edən şəxsə göndərirlər.
30 minə yaxın abunəçisi olan kanal uzun müddətdir ki, fəaliyyət göstərir. Kanal admini özünü Röyal kimi təqdim edir və xaricdə yaşadığını bildirir.
Xatırladaq ki, bir müddət öncə analoji səhifə işlədən gənc saxlanılıb. Onun hazırda istintaq təcridxanasında olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4639 Tarix: 05 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021