Yeni nazir səhiyyəni sağalda biləcək? - ARAŞDIRMA

Yeni nazir səhiyyəni sağalda biləcək? - ARAŞDIRMA16 ildən sonra... artıq ölkənin yeni səhiyyə naziri var: səhiyyə nazirinin birinci müavini olmuş, bu sistemdə kifayət qədər təcrübəsi olan Teymur Musayev. Onun vəzifəyə təyinatı icbari tibbi sığortanın tətbiqinin yeni-yeni başladığı və pandemiyanın hələ də davam etdiyi dövrə düşür.

Yeni səhiyyə nazirindən cəmiyyətin gözləntiləri nədir? Teymur Musayev islahatlara nədən başlamalıdır? İnsanların səhiyyə ilə bağlı hansı gözləntisi birinci həll edilməlidir?

Mövzu ilə bağlı medicina.az geniş araşdırma aparıb.

Saytın araşdırmasına görə, respondentlər daha çox tibbi xidmətlərin əlçatan, ucuz və ya tam pulsuz olmasını, eləcə də dərmanların keyfiyyətinin artırılmasını arzulayır.

"Arzular paketi"nə, həmçinin Səhiyyə Nazirliyinə hər hansı şikayətlə müraciət etdikdə vətəndaşların süründürülməməsi, qurumun çevik reaksiya verməsi də daxildir.

Yeni nazirdən özəl klinikalardakı özbaşınalıqlara da əncam çəkməsi gözlənilir. Hərçənd ki, Səhiyyə Nazirliyi özəl qurumların işinə qarışmadığını deyir.

Bir çox tanınmış tibb üzrə ekspertlər, həkimlər də yeni səhiyyə nazirindən gözləntilərini açıqlayıblar:

Tibb üzrə fəlsəfə doktoru, millət vəkili Musa Quliyev islahatların tezləşdirilməli olduğunu düşünür:

"Yeni səhiyyə naziri artıq səhiyyə sistemində başlamış islahatları tezləşdirib başa çatdırmalıdır.

Uzun illərdir yol gəldiyimiz islahatların son mərhələsinə çatmışıq. Bundan sonra TƏBİB və Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasındakı əlaqələrin möhkəmləndirilməsi, səlahiyyət sərhədlərinin tam bölüşdürülməsi, eyni zamanda səhiyyənin bütün xidmətlərinin yüksəldilməsi aktualdır.

Biz icbari tibbi sığortanı tətbiq etməklə, dövlətin səhiyyə yükünü, xərcini xeyli azaldıb, həm də paylaşmış olduq.

Amma bu xidmətlərin qiymətləri elə həddə olmalıdır ki, həm vətəndaşa yük düşməsin, eyni zamanda işin keyfiyyətinə mənfi təsir göstərməsin.

İcbari tibbi sığorta zərfinə daxil olan müalicə, əməliyyat qiymətləri bəzi hallarda reallıqdan çox aşağıdır. Buna görə bir çox özəl xəstəxanalarda çalışan cərrahlar sığortalı xəstələri əməliyyat etmək istəmirlər.

Bu da seçilən tibb işçilərinin çoxunun sığorta ilə işləməyən klinikalarla əməkdaşlığına səbəb olacaq. Bu, çox ciddi məsələdir.

Həkimin, orta tibb işçisinin fiks maaşının artırılması da vacibdir ki, onların gözü xəstənin əlində qalmasın.

Biz bu sistemdə elə təminatlar yaratmalıyıq ki, sığorta işinin şəffaflığını təmin edə bilək".

M.Quliyev daha bir vacib məsələyə toxunub. O, bölgələrdəki kadr çatışmazlığı problemini qabardıb:

"Azərbaycanın rayon və kəndlərində tibb kadrları çatışmır. Vakansiyaların çoxu kəndlərdədir. Amma heç kim ora getmir.

Burada da müəyyən stimullaşdırıcı təkliflər lazımdır. Təkliflərdən biri odur ki, rezidenturada təhsil alanlar dövlət hesabına müqavilə bağlamaqla, təyinatla 2-3 il kəndlərdə çalışsın".

Deputat Azərbaycanda dərmanların keyfiyyəti, qiyməti ilə bağlı problemlərə də diqqət çəkib:

"Mən Milli Məclisin komissiya iclasında məsləhətlər vermişdim ki, Türkiyə ilə Azərbaycanın dərman sənayesini birləşdirək.

Burada biz udacağıq. Ölkə daxilində dərman istehsalını stimullaşdıran addımlar atmalıyıq. Neçə illərdir biz şpris istehsalından o yana keçməmişik. Yerli dərmanların istehsalına başlamalıyıq və buna dövlət nəzarəti olmalıdır. Səhiyyə Nazirliyi dərman təminatına, qiymətlərə qarışa, bunu həll edə bilər.

Bu məsələdə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi koordinasiyalı fəaliyyət göstərməlidir".

"İstanbul Klinika"nın direktoru, radioloq Aydın Əliyev düşünür ki, Səhiyyə Nazirliyi həm xalqın tələbləri, həm də böyük səhiyyə ordusunun maraqlarına uyğun çalışmalıdır:

"Səhiyyənin ən vacib tərəfi xalqdır, xalqa xidmətdir. Səhiyyə işçiləri özü də xalqın bir hissəsidir.

Həkimlər, tibb işçiləri xalqdan ayrılmamalıdır. Səhiyyə işçilərinin də tibbi xidmətə ehtiyacı olur. Tibb işçilərinin maddi rifah halı məsələsi var. Səhiyyə Nazirliyi həm xalqın tələbləri, həm də böyük səhiyyə ordusunun maraqlarına uyğun çalışmalıdır.

İlk növbədə, yeni səhiyyə naziri tətbiq olunan icbari tibbi sığortanın sürətli inkişafına çalışmalıdır.

Çünki bu, xalqın maraqlarına daha yaxındır. Nə qədər xəstələr tanıyıram ki, ciddi problemi var idi, illərdir bahalı əməliyyatı etdirə bilmirdi, amma sığorta ilə tam pulsuz əməliyyat olundular.

Tibb işçilərinin sığorta əlavələrinin verilməsində çox gecikmələr var, onlar aylarla əlavələri ala bilmir. Bu, çox neqativ haldır. Tibb işçilərinin sığortaya motivasiyasını azaldır. Bunu isə, əksinə, artırmalıyıq ki, tibb işçilərinin ələbaxımlılığı azalsın".

Radioloq iki səhiyyə qurumu arasındakı koordinasiyaya da toxunub:

"Mənim şəxsi qənaətimə görə, hazırda TƏBİB-lə Səhiyyə Nazirliyi arasında ciddi fikir ayrılığı yoxdur.

Əvvəlkilər arasında bəzi anlaşılmazlıqlar var idi. Biri xəstəxanaya baş həkim qoyurdu, o biri çıxarıb başqasını təyin edirdi.

İstərdim ki, həm xalq, həm səhiyyə işçiləri əziyyət çəkməsin.

Əgər Səhiyyə Nazirliyi həkimləri imtahan edib sertifikasiyadan keçirirsə, sonra bu həkim gedib TƏBİB-in xəstəxanasında işləyəndə onun sığorta əlavəsi verilmirsə, Səhiyyə Nazirliyinin borcudur ki, hazırladığı, sertifikasiyadan keçirdiyi həkimin hüquqlarını qorusun.

Yeri gələndə, bəzi məsələlərdə ictimai qınaqlar da olmalıdır. İndi bizdə tibbi sığorta təzədir, hər şeyin ideal olmasını tələb edə bilmərik".

A.Əliyev hesab edir ki, respublikadakı bütün xəstəxanaları hazırda yüksək səviyyədə maddi texniki baza ilə təmin etmək qeyri-mümkündür:

"Bunu heç bir yeni səhiyyə naziri edə bilməz. Amma istiqaməti düzgün tutanda çox şeyə nail olmaq mümkündür. Nəyəsə nail olmaq üçün ilk növbədə tibb işçilərinin problemləri həll olunmalıdır.

Birinci növbədə, çalışmalıyıq ki, rüşvət məsələsi tam aradan qaldırılsın, bu hələ də var. Sağlam rəqabət olmayan yerdə bir vəzifəyə həqiqətən layiq olan kadr kənarda qalır, başqa biri ora qoyulursa, həkimlərdə mənəvi düşkünlük yaranır.

Qısa müddətə çox böyük dəyişikliklər də gözləmirik. Amma xalqın və tibb işçilərinin maraqlarına uyğun fəaliyyət olacaqsa, ikiəlli dəstəkləyəcəyik".

Professor, tibb elmləri namizədi, tibb üzrə ekspert Adil Qeybulla isə qeyd edib ki, Səhiyyə Nazirliyinin bütün fəaliyyətini TƏBİB mənimsəyib:

"Səhiyyədə problemlərin həllini bir fərdə bağlamaq düzgün deyil. Yeni nazirə uğurlar arzulamalıyıq.

Amma söhbət nazirdən yox, sistemdən gedir. Azərbaycanda səhiyyə sistemi Qərb standartlarına uyğun qurulmasa, bütün tibbi infrastruktur tələblərə cavab verməsə, bu səhiyyə vətəndaşın xeyrinə çalışmayacaq, həmişə narazılıqlar olacaq.

Lap məni də səhiyyə naziri təyin etsələr, biz bunu bacara bilmərik. Vədlər verilə bilər, çox adam deyə bilər ki, mən səhiyyə naziri olsam, hər şey ayrı cür olacaq, lakin bu absurddur. Nazirə lazımi şərait yaradılmasa, yüksək səviyyədə işlər görülməsə, heç nə dəyişən deyil. Ölkənin səhiyyə siyasəti yenidən və düzgün qurulmalıdır.

Baxın, icbari tibbi sığortanın tətbiqinə yeni başlanılıb, yeni sistemdir, amma, görün, necə iflic vəziyyətdədir. Heç nə dəyişmədi, çünki yanaşma köhnədir, sistem dəyişməyib.

Mən hesab edirəm ki, icbari tibbi sığorta ilə bağlı məsələlər qaydaya salınmalıdır".

A.Qeybulla düşünür ki, Səhiyyə Nazirliyinin təsiri azaldılıb:

"Nazirliyin bir çox səlahiyyəti, demək olar ki, TƏBİB-dədir. Bu da ciddi faktordur. Səhiyyə Nazirliyinin təsiri azalıb, fəaliyyəti parçalanıb.

Demək olar, onun səlahiyyətlərini TƏBİB mənimsəyib.

Belə olduğu halda Səhiyyə Nazirliyindən nə gözləyə bilərik?! Mən hesab edirəm ki, yaxın gələcəkdə TƏBİB bir İşçi Qrup kimi Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır. Bir vahid qurum yaranmalıdır".

Professorun fikrincə, tibb işçilərinin maaşına yenidən baxılmalıdır:

"İcbari tibbi sığortada bütün həkimlərin fiks, Azərbaycanda bazar qiymətlərinə uyğun normal dolana biləcəyi maaşı olmalıdır.

İndiki kimi - bir cərrah 17 min manat, digəri 150 manat maaş almamalıdır. Bu ayrı-seçkilik anormaldır. Bu olmadan icbari tibbi sığortadan danışmaq mənasızdır.

Maaşlar çox aşağıdır. Biz yaxın Türkiyə modelinə baxmalıyıq, onların sistemi bizə çox uyğundur, artıq oturuşmuş bir sistemdir.

Səhiyyədə düzgün sistem budur ki, rayonların səhiyyə xidməti ilə Bakının səhiyyəsi fərqli olmasın: istər xəstəxana, istər həkim təminatı baxımından. Sistem o deməkdir ki, səhiyyə, tibbi xidmət elektronlaşdırılmalıdır.

Hər bir vətəndaşın aldığı tibbi xidmət, xəstəlik tarixçəsi, keçirdiyi əməliyyatlar bazaya daxil edilməlidir. Eləcə də hər bir həkimin gördüyü iş - hər bir şey qeydiyyata alınmalıdır.

Bu gün klinikalar, həkimlər partizan fəaliyyəti göstərir. Buna bir son qoymaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1879   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr