Türkiyədəki soydaşlarımız CHP rəhbərliyindən deputatla bağlı tədbir görülməsini tələb edirlər
Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Aykut Ərdoğdunun iki ölkə arasında enerji sahəsində əlaqələr, eləcə də dövlət başçıları barədə əsassız iddialar irəli sürməsi Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının kəskin etirazına səbəb olub.
"Sonxeber.az"ın xəbərinə görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turanın imzası ilə ölkə ictimaiyyətinə ünvanlanan bəyanatda bildirilib ki, diaspor təşkilatları deputat Aykut Ərdoğdunu hiddətlə qınayırlar:
"Bu açıqlamalar Türkiyənin müxtəlif vilayətlərində fəaliyyət göstərən 22 dərnəyin daxil olduğu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının üzvlərini qəzəbləndirib".
Qeyd edilib ki, diaspor təşkilatları iki ölkə arasında qardaşlıq əlaqələrini gücləndirməyə çalışarkən, düşmənlərimizi sevindirəcək bu cür əsassız, böhtan xarakterli iddiaların səsləndirilməsi yolverilməzdir: "Atalar sözündə deyilir ki, "eşitmir, uydurur". Aykut Erdoğdunun iddiaları tamamilə həqiqətə uyğun deyil, iftira və böhtandır".
Bəyanatda bir daha nəzərə çatdırılıb ki, Türkiyə və Azərbaycan bir millətin iki güclü, ciddi və nüfuzlu dövlətləridir: "Dövlətlərimizi idarə edən möhtərəm Prezidentlərimizin münasibətləri şəffaf və mehribandır, xalqımız tərəfindən təqdirlə izlənilir. Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələri mərhum Prezidentimiz Heydər Əliyev dövründən dostluğumuz, qardaşlığımız faktı nəzərə alınmaqla, iki ölkənin qarşılıqlı maraqlarına uyğun olaraq həyata keçirilir. Azərbaycanın enerji ehtiyatlarının Türkiyə üzərindən dünyaya çatdırılması Azərbaycan dövlətinin uzaqgörən seçimi və qətiyyətli siyasəti nəticəsində əldə olunub. Azərbaycan tarixinin heç bir dövründə qardaş Türkiyəyə zərər verməyə cəhd etməyib və bu gün də etməyəcək".
Bildirilib ki, bu, Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün siyasi irsinə hörmətsizlikdir, çünki onun qurucusu olduğu partiyanın bir təmsilçisinin belə məsuliyyətsiz açıqlamalar verməsi hər şeydən öncə Azərbaycansevər CHP üzvlərini incidir: "Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizəyə Azərbaycan xalqının barmaqlarındakı üzüyü göndərəcək qədər verdiyi dəstək tarix kitablarına yazılıb. Yenə də Atatürkün qurduğu partiyanın bir millət vəkilinin məsuliyyətsiz açıqlamalarının hər şeydən əvvəl qəlbində Azərbaycan sevgisi olan milyonlarla CHP-li vətəndaşını üzəcəyi şübhəsizdir. Türkiyə və Azərbaycanın həmrəyliyi nəticəsində əldə edilən Qarabağ Zəfəri ilə dünyaya mühüm mesajın verildiyi bir vaxtda bu cür əsassız bəyanatların heç kimə faydası yoxdur".
Bəyanat müəllifləri Aykut Ərdoğdunu Azərbaycan və Türkiyə qardaşlığından öz siyasətində istifadə etməməyə çağırıblar və millətimizdən üzr istəməyə dəvət ediblər. CHP rəhbərliyindən isə deputat barəsində lazımi intizam tədbirinin başlaması tələb edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı