"Manat sabit qalacaq, çünki Azərbaycanın özündə də bu gün sabitlikdir"

"Manat sabit qalacaq, çünki Azərbaycanın özündə də bu gün sabitlikdir"Üzən məzənnə - bazar məzənnəsidir, dünyanın əksər ölkələrində belədir. Dollar, yuan və digər valyutalar üzür. Kursun sabit saxlanılması nadir haldır. Ancaq hər ölkənin öz siyasəti var, yəqin sizin mütəxəssisləriniz belə qərara gəliblər ki, bu cür düzgündür. Mən düşünürəm ki, bu gün Azərbaycanın özündə sabitlik olduğu üçün manat da sabit olacaq.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ukrayna Milli Bankı İdarə Heyəti sədrinin keçmiş müavini, tanınmış ukraynalı maliyyə və bank eksperti Yaroslav Soltis deyib.

"Ukraynada isə vəziyyət fərqlidir. Rusiyanın bizə böyük təsiri var. Sərhədlərin ətrafında böyük Rusiya qoşunları qruplaşması var. Bu, təkcə bizim qrivnaya deyil, həm də Rusiya rubluna mənfi təsir edir. Bu həm də qonşular üçün yaxşı deyil. Münaqişə baş verərsə, gürcü larisinə, Azərbaycan manatına və digər valyutalara təzyiqlər olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, əgər müharibə gedirsə, ticarət dayanır, demək ki, xarici valyuta daxilolmaları qalmır:

"Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunur, alqı-satqısını dayandırır. Ancaq bununla belə bir çox ölkələr onunla ticarət aparır, o, məsələn, həm Gürcüstanın, həm də Azərbaycanın mühüm iqtisadi tərəfdaşıdır. Gürcüstanda gəlirlərin həcmi azalır, bu o deməkdir ki, Tbilisi Azərbaycandan nə isə almağı dayandırır və s. Amma insanlara maaş verməlidir, ona görə də mətbəə işə salınır, təminatsız pul ortaya çıxır. Nəticədə milli valyutanın ucuzlaşması ola bilər. Odur ki, Rusiya ilə Ukrayna arasında müharibə hamı üçün pisdir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2667   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib. Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx II Msvati məlumat verib

9 noyabr
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlə

26 oktyabr
.

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05

28 oktyabr
.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərind

9 noyabr