Həkimdən HƏYƏCAN TƏBİLİ: "Xəstəni görmədən yazılan dərmanlar qanaxmalara səbəb ola bilər"

Həkimdən HƏYƏCAN TƏBİLİ: "Xəstəni görmədən yazılan dərmanlar qanaxmalara səbəb ola bilər"Pandemiya dövründə vətəndaşlara təyin edilən həkim reseptlərinin əksəriyyəti onlayn qaydada yazılıb. Ödəniş isə bank kartı vasitəsilə həkimə çatdırılıb. Bu barədə dəfələrlə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Hər kəsi maraqlandıran sual isə birdir - həkim bir resepti bir neçə xəstəyə təyin edə bilərmi?

Ümumiyyətlə həkimin xəstəni görmədən, əyani müayinə etmədən, xüsusilə infeksion xəstəlik üçün müalicə yazmaq ixtiyarı varmı? Bu hər iki tərəf üçün riskli məsələ deyilmi?

Paylaşımlarda mövzunu müzakirə edən sosial şəbəkə istifadəçilərinin bir qrupu həkimi, digər bir qrupu isə vətəndaşları günahlandırır. Biri deyir, o yazır-yazır, vətəndaşın ağlı haradadır? Biri də deyir bəzi həkimlər pul üçün ixtisasına aid olmayan xəstəliklərə də müalicə yazmağa başlayıblar.

Bir neçə nəfərə yazılan eyni müalicənin isə beş nəfərdən daha çox birində effektiv olduğu tez-tez qeyd edilir. Məsələnin digər bir tərəfi isə həkimlərin bu addımından ürəklənən insanlar hətta özləri də onlara yazılan müalicə reseptlərini xəstə olan başqa dostlarına, qohumlarına da atırlar.

Nəticədə isə həkim göstərişi olmadan bu müalicə prosedurunu öz üzərlərində tətbiq edənlər arasında vəziyyətləri ağırlaşıb, xəstəxanaya yerləşdirilənlər də az deyil.

Bəs görəsən bununla bağlı həm həkimlərə, həm də vətəndaşlara tövsiyə xarakterli müraciətlər olurmu? Həkimlərin bu kimi formada müalicə təyin etməsinə qarşı aidiyyəti qurumlar tərəfindən hansı ciddi qaydalar tətbiq edilir?

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev bildirib ki, tibdə olan anlayışa görə, xəstəlik yoxdur, xəstə vardır. Yəni həkimlər xəstəlikləri deyil, xəstəni müalicə edirlər:

"Xəstəyə müalicə yazmazdan öncə mütləq şəkildə digər yanaşı xəstəliklərini, onu narahat edən ümumi simptomları nəzərə alınmalıdır. Bu nüanslar bizim müalicə taktikamıza təsir edən, dəyişdirən amillərdir. Bu gün xəstəni görmədən yazılan bir dərman ona ziyan vura bilər. Burada standart müalicədən çox, bəzi dərman preparatlarının xəstələrə zərər vurduğunun şahidi oluruq. Bəzən bu kimi halları görmüşük, təəssüf olsun.

Xəstənin anamnezi toplanılmadan, zəruri analizlər tələb edilmədən yazılan dərman müalicələri onlarda qanaxmalara, qaraciyərdə müxtəlif ciddi problemlərə yol aça bilir. Yaxşı olar ki, xəstələr birbaşa həkimə müraciət edib əyani müayinədən keçdikdən sonra müalicəyə başlasınlar. Bu onların təhlükəsizliyi üçün çox önəmlidir".

Həkim terapevt evdə "sistem" təyinatı ilə bağlı da danışıb:

"Təəssüf olsun ki, bu gün ehtiyac oldu-olmadı hər kəs ev şəraitində "sistem" vurdurur. Bu heç də doğru deyil. Əgər biz orqanizmin ehtiyacı olan zülalı, mikroelementləri normal qidalanma yolu ilə əldə edə biliriksə, sistemə ehtiyac yoxdur. Ağzımız ilk növbədə qida qəbulu üçün, daha sonra danışmaq üçün yaradılıb. Əgər biz ağızdan qida maddələrini, mayeni orqanizmə ötürə bilmiriksə, yalnız o zaman məcburuq ki, orqanizmə lazım olan maddələri venadaxili yolla, yəni "sistem"lə çatdıraq. "Sistem" özü xəstəxanalarda tətbiq edilməsi vacib olan bir müalicə metodudur. Təəssüf ki, dəfələrlə evdə qoşulan "sistem"lərdən sonra yaranan şok, allergik reaksiya ilə xəstələr görmüşük. Bəzən biz bu xəstələrin həyatını xilas edə bilmirik. Bu çox ağır nəticələrə gətirib çıxarır. Hər kəsə tövsiyə edirik ki, qonşunun, dayının, bibinin təklif etdiyi "müalicə"lərdən uzaq dursunlar".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1796   Tarix: 10 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

1 noyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr