"Ermənistan münaqişənin tam həllində maraqlı deyil"- Hərbi ekspertdən AÇIQLAMA
Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Kəlbəcər istiqamətində heç bir səbəb olmadan mövqelərimizin atıcı silahlardan istifadə etməklə atəşə tutulması ermənilərin məkrli niyyətini bir daha sübut edir.
Hərbi ekspert Ramil Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, Ermənistanın belə mövqeyi onu göstərir ki, bu ölkə birmənalı olaraq münaqişənin tam həll olunmasında deyil, prosesin bu formada saxlanılması və imkan olanda separatçı rejimin baş qaldırmasında maraqlıdır:
"Elə bu səbəbdən Ermənistan tərəfinin silahlı hissələri Qarabağ ərazisində saxlanılır. Kəlbəcərdə baş verən hadisələr də bu prosesin davamıdır. Hər dəfə müxtəlif istiqamətlərdə atəşkəsi pozmaq və gərginlik yaratmaqla Ermənistan beynəlxalq ictimaiyyət qarşısında bildirmək istəyir ki. münaqişənin həlli yalnız və yalnız onların hüquqi statusunun müəyyənləşməsindən sonra baş verə bilər.
Bu isə, birmənalı olaraq, Rusiya tərəfinin üzərinə düşən öhdəlikdir. Çünki 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndində bildirilir ki, Rusiya sülhməramlı kontingenti münaqişə ərazisinə daxil olanda, paralel olaraq, Ermənistan silahlı qüvvələri həmin əraziləri tərk etməlidir. Lakin göründüyü kimi, bu poses baş vermədi".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1426 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
8 noyabrPrezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
8 noyabr"Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
9 noyabrTürkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
9 noyabr