İcbari Tibbi Sığorta ilə bu xidmətlər PULSUZDUR - RƏSMİ

İcbari Tibbi Sığorta ilə bu xidmətlər PULSUZDUR - RƏSMİBir çoxları İcbari Tibbi Sığortanın (İTS) nə olduğu barədə məlumatsızdırlar. İTS nədir? Bu sığorta ilə hansı xidmətlərdən faydalana bilərsiniz?

Sonxeber.az oxucuları məlumatlandırmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə mövzu ilə bağlı sorğu göndərib.

Sorğunun cavabına əsasən hazırladığımız yazını təqdim edirik:

İcbari Tibbi Sığorta nədir?

İTS əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə İTS-nın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir.

İcbari Tibbi Sığorta çərçivəsində hansi xidmətlərdən faydalanmaq olar?

Vətəndaşlara İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir. Onlardan bəziləri aşağıdakılardır:

-Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
-İlkin səhiyyə (ailə həkimi) xidməti;
-Ambulator şəraitdə müayinə və müalicə;
-Stasionar müalicə;
-Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
-Fizioterapevtik xidmətlər;
-Laborator müayinələr;
-Hamiləlik və doğuş xidməti;
-Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
-Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
-Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);
-Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə. 

Məlumat üçün bildirək ki, stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir. Habelə, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.

-Xidmətlər Zərfinə hansı əməliyyatlar daxildir?

Xidmətlər Zərfinə 950-dən çox cərrahi əməliyyat daxildir. Təminata alınmış əməliyyatlar sırasında dəyəri yüksək olan əməliyyatlar əhalinin sağlamlığının və maddi rifahının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması), habelə, oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatlar daxildir.

Xidmətlər Zərfinə daxil olan cərrahi tibbi xidmətlərin siyahısı və tarifləri ilə Agentliyin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://its.gov.az/tibbi-xidmet/9

-Xidmətlər Zərfi ilə təminata alınmayan tibbi xidmətlər hansılardır?

Xidmətlər Zərfi ilə təminata alınmayan tibbi xidmətlərə əsasən dövlət proqramları çərçivəsində müalicəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetoloji, stomatoloji xidmət, estetik prosedur və əməliyyatlar, orqan transplantasiyası, süni mayalanma, qazanılmış immun çatışmazlığı sindromunun müalicəsi (QİÇS) daxildir. Xidmətlər Zərfində təminata alınmayan tibbi xidmətlərdən istifadə edən şəxs Agentliyin icrasında olan dövlət proqramlarına daxil olan tibbi xidmətlər istisna olmaqla, öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 4625   Tarix: 28 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

2 noyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr