"Ərimlə anam Kiyevdə zirzəmilərdə gizlənir" - Vera Brejneva

"Ərimlə anam Kiyevdə zirzəmilərdə gizlənir" - Vera BrejnevaUkraynalı pop-ulduz, aktrisa, teleaparıcı və "VİA Qra" pop-qrupunun keçmiş iştirakçısı Vera Brejneva Kiyevdə davam edən hərbi əməliyyatlarla bağlı instaqram səhifəsində yeni paylaşım edib.

"Qafqazinfo" xəbər verir ki, ifaçı paylaşımında qeyd edir ki, heç vaxt Rusiya və Ukrayna xalqlarını ayırmayıb: "Nə minlərlə insana və uşağa kömək edəndə, nə də öz mahnılarımı oxuyanda, qucaqlayanda və sevindirəndə".

V. Brejneva yazır ki, onun anası və nənəsi rus, atası və babası isə ukraindir: "Hər iki xalq – mənim əcdadlarım və mənim qanımdır. Mən Ukraynada doğulmuşam və yaşayıram. Və indi bizim dərdimiz var. Mənim izləyicilərimin 32%-i rusiyalıdır. Sadəcə istəyirəm ki, hər kəs həqiqəti bilsin. Və əgər əlinizdən nəsə etmək gəlirsə, bunu edin. Biz bunun baş verəcəyinə sonadək inanmırdıq. Amma artıq beşinci gündür müharibə gedir. Getdikcə daha çox dinc sakin ölür. Çox sayda ev, məktəb, bağça dağıdılıb. Şəhərlərin həyat fəaliyyətini təmin etmək üçün mühüm binalar dağıdılıb".

Müğənni qeyd edir ki, o, uşaqları ilə hazırda təhlükəsiz yerdədir: "Amma mənim həyat yoldaşım və anam, kiçik bacımın ailəsi Kiyevdə zirzəmilərdə bombardmanlardan gizlənir. Çünki hərbi əməliyyatlar Kiyev, Jitomir, Xarkov, Berdyansk, Melitopol, Xerson, Çerniqov, Odessa, Kaxovka və digər şəhərlərdə, kəndlərdə gedir. Və bütün ukraynalılar rusiyalı əsgərlərdən gəlməmələrini xahiş edir. Öldürməyin. Bu müharibənin mənası yoxdur. Onun heç bir bəhanəsi yoxdur. Onu davam etdirmək olmaz. Müharibəni dayandırın!"


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2017   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO

Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs

3 oktyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

Kubilayla Hafsanur ayrıldı

Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu

2 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr