"Hər iki tərəfin itkiləri çoxdur" - Deputatdan AÇIQLAMA
"Bildiyimiz kimi, bu məsələyə Cənab Prezident öz fikrini, Hikmət Haciyev də Azərbaycanın mövqeyini bildirib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hər bir dövlətin öz suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan öz siyasətində bu məsələyə prioritet bir istiqamət kimi önəm verir:
"Burada görünən odur ki, proseslər hələ davam edir və Azərbaycan da bununla bağlı öz addımlarını atır. Ölkəmiz Ukraynaya humanitar yardım göstərdi. Əlbəttə, biz bilirik ki, hər bir müharibə xalqlara faciə gətirir. Ukraynada həm də çoxlu sayda insan həyatını itirib.
İstəyimiz ondan ibarətdir ki, bu proses sürətlə yekunlaşsın və iki dövlət arasında münasibətlər normallaşsın.
Ümumi təhlil göstərir ki, hər iki tərəfin itkiləri çoxdur. Bu da yaxın perspektivdə yaxşı heç nə vəd etmir. Biz istərdik ki, daha çox danışıq yolları ilə, müzakirələr aparılaq müharibəyə son qoyulsun və dövlətlər arasında münasibətlər normallaşsın".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO