Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyi üçün alınıb.
Sonxeber.az musavat.com-a istinadən bildirir ki, 2016-cı ildə İngiltərənin Midlends bölgəsində keçirilən hərracdan alınan, hündürlüyü 9 santimetr olan çaydanlıq əvvəlcə 1766-1800-cü illər arasında Midlseksdə istehsal edilən Isleworth keramika nümunəsi kimi təqdim olunub.
Lakin qulpu qırılmış və qapağı olmayan əşyanın bu təsvirə uyğunluğuna şübhə edən kolleksiyaçı onu Solsberidəki Woolley and Wallis hərrac evinə aparıb.
Mütəxəssis Kler Danhemin araşdırması zamanı çaydanlığın üzərindəki mavi-ağ naxışlar və palma ağacı təsviri diqqət çəkib. Bu əlamətlər əsərin 1763-cü il ətrafında İngiltərədən Cənubi Karolinaya köçən stafordşirli dulusçu Con Bartlamın istehsalı ilə əlaqəli olduğunu üzə çıxarıb.
Araşdırmalar çaydanlığın 1765-1769-cu illər arasında ABŞ-ın Cənubi Karolina ştatındakı Keyn Hoy bölgəsində istehsal edildiyini göstərib. Bu tarixləndirməyə əsasən, əşya Amerika qitəsində hazırlanaraq günümüzə qədər gəlib çatan ən qədim çini çaydanlıq hesab olunur.
Bartlamın emalatxanası ilə əlaqələndirilən və bu günə qədər qorunub saxlanılan cəmi səkkiz çini nümunəsi məlumdur. Onların arasında bu çaydanlıq Bartlamın istehsalı olduğu bilinən yeganə çaydanlıqdır.
Əşyanın üzərində Cənubi Karolinanın simvollarından sayılan cırtdan palma ağacının təsviri var. Onun hazırlanmasında bölgədəki çeroki gilindən istifadə edildiyi bildirilir.
Çaydanlığın bir tərəfində palma ağacının altında durna quşları və qayıqlar, digər tərəfində isə Çin üslubunda işlənmiş "Körpüdəki adam" təsviri yer alır.
Arxeoloji araşdırmalar Bartlamın emalatxanasının 1770-ci ildə Filadelfiyada fəaliyyətə başlayan American China Manufactory müəssisəsindən daha əvvəl işlədiyini də göstərir.
Hərracdan əvvəl çaydanlığın 10-20 min sterlinq arasında satılacağı ehtimal edilirdi. Lakin gərgin təklif yarışından sonra əsər Londonlu sənət taciri Rod Celliko tərəfindən Metropolitan İncəsənət Muzeyi adından 575 min sterlinqə alınıb.
Beləliklə, kolleksiyaçının 15 sterlinqə aldığı sınıq çaydanlıq hərracda ilkin alış qiymətindən dəfələrlə baha satılıb. Hazırda tarixi əsər Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinin 723 nömrəli qalereyasında nümayiş etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 132 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kosmosda müəmmalı nəhəng - Alimlər heyrətamiz kəşfə imza atdılar!
Günəş sisteminin ən uzaq bölgələrindən birində indiyədək məlum olmayan yeni cırtdan planet namizədi aşkar edilib. xəbər verir ki, Çilidə yerləşən Vera Rubin Rəsədxanasının alimləri Plutonun orbitindən kənarda diametri 1500 kilometrə çata bilən nəhəng buzlu kosmik obyekt müəyyən ediblər. "Reuters"i
30 oktyabrBəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video
Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə
31 oktyabrHəqiqət illüziyası effekti: Beynimiz təkrarlanan yalanlara necə inanır?
Yalan iddiaların sistemli şəkildə təkrarlanması insanların onları doğru kimi qəbul etməsinə səbəb ola bilər. Psixologiyada bu hadisə "həqiqət illüziyası effekti" adlanır. xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpagina -ya açıqlamasında bildirib. Mütəxəssisin sözlərin
25 oktyabrTozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
1 noyabrPaltarlardakı pis qoxunu bu cür yox edin
Dəfnə yarpağından yalnız yeməklərə dad vermək üçün deyil, paltarlardakı xoşagəlməz qoxuları azaltmaq məqsədilə də istifadə olunur. Bu üsul ətirli yumşaldıcılara alternativ axtaranlar arasında maraq doğurur. xarici mediaya istinadla dəfnə yarpağının yuma zamanı istifadəsi ilə bağlı məişət üsulu barəd
25 oktyabrPlastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili
1 noyabrAdi qan analizi hansı xəstəliklərin əlamətlərini üzə çıxara bilər?
Rusiyalı terapevt və genetik məsləhətçi İrina Nalimova sağlamlıq vəziyyətini qiymətləndirmək üçün ildə bir dəfə ümumi qan analizi verməyi tövsiyə edib. Onun sözlərinə görə, bu müayinə ən informativ analizlərdən biridir. saytına istinadən xəbər verir ki, mütəxəssis ümumi qan analizinin orqanizmdə hans
1 noyabrNarın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - VİDEO
Narın dənələrini qabığından ayırmağın fərqli üsulu sosial şəbəkələrdə marağa səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə nar dənələrinin qısa müddətdə bir-birindən ayrılması əks olunub. Sadə üsulla narın dənələrinin asanlıqla çıxarılması izləyicilərin diqqətini çəkib. Video sosial şəbəkə istifadəçilər
25 oktyabrGecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
6 noyabr