PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur.
Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiyac meyarının da 300 manatdan 314 manata çatdırılması təklif olunur.
Yaşayış minimumunun və ehtiyac meyarının artırılması əhalinin sosial təminatı, xüsusilə aztəminatlı ailələrə göstərilən dövlət dəstəyinin həcmi baxımından əhəmiyyət daşıyır. Yeni göstəricilərin təsdiqlənməsi ilə sosial müdafiə sistemində hansı dəyişikliklərin baş verəcəyi, sosial müavinətlərin və digər ödənişlərin məbləğində artım olub-olmayacağı diqqət mərkəzindədir.
Bəs 2027-ci ildə yaşayış minimumunun artırılması hansı sosial ödənişlərə təsir göstərəcək? Həmçinin gələn il sosial müavinətlərin və pensiyaların məbləğində təxminən neçə faizlik artım gözlənilir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, yaşayış minimumunun və ehtiyac meyarının artırılması sosial müdafiə sistemində müəyyən ödənişlərə təsir göstərə bilər: "Ancaq biz burada bir məqamı fərqləndirməliyik. Belə ki, bu göstəricilərin artması bütün sosial müavinətlərin avtomatik olaraq eyni faizlə artırılması demək deyil. Bəzi sosial ödənişlər yaşayış minimumuna və ehtiyac meyarına bağlıdır, digərlərinin məbləği isə ayrıca qanunvericiliklə müəyyən edilir".
"2027-ci ildə yaşayış minimumunun 300 manatdan 314 manata, ehtiyac meyarının isə 300 manatdan 314 manata yüksəldilməsi nəzərdə tutulur. Bu, təxminən 4,7 faizlik artım deməkdir. Xüsusilə ünvanlı dövlət sosial yardımının hesablanmasında ehtiyac meyarının yüksəldilməsi aztəminatlı ailələrin yardım almaq imkanlarına və yardımın məbləğinə təsir edə bilər", -deyə ekspert bildirib.
İqtisadçı qeyd edib ki, sosial müavinətlərin ümumi artımına gəlincə, bunu indidən konkret faizlə ifadə etmək düzgün olmaz: "Çünki müavinətlərin artırılması ayrıca qərarlardan və büdcə imkanlarından asılıdır. Pensiyaların indeksləşdirilməsi də ayrıca mexanizmlə həyata keçirilir. Ona görə 4,7 faizlik artımı bütün sosial ödənişlərə şamil etmək olmaz. Əsas məsələ nominal artımla yanaşı, sosial ödənişlərin real alıcılıq qabiliyyətinin qorunmasıdır. Əgər qiymətlər sosial ödənişlərin artımından daha sürətlə yüksəlirsə, vətəndaşın gəlirindəki nominal artım onun həyat səviyyəsində ciddi yaxşılaşma yaratmaya bilər".(azpolitika.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 53 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrAzərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrDekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
8 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr