Azərbaycanda bu məhsullar ucuzlaşacaq

Azərbaycanda bu məhsullar ucuzlaşacaqRusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və dövriyyəsinin həcminə görə İtaliya və Türkiyədən sonra 3-cü pillədə qərarlaşır. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,995 mlrd dollar olub ki, bunun da 2,74 mlrd dollarını və ya 69%-ni idxal təşkil edib. İdxal məhsullarının həcminə görə, Rusiya birinci yerdə qərarlaşır və bu ölkədən Azərbaycana bir çox məhsullar gətirilir.

Rusiya-Ukrayna münaqişəsi fonunda Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkənin milli valyutasını da kəskin ucuzlaşdırıb. Son olaraq rubl ABŞ dolları qarşısında 30-40% ucuzlaşma nümayiş etdirib.

Rublun dəyər itirməsi ilə bu ölkədən idxal olunan malların qiymətinin necə dəyişəcəyi də sual doğurur.

İqtisadçı ekspert Xalid Kərimli "Ölkə.Az"a açıqlamasında bildirib ki, bəzi məhsullar üzrə Rusiya bazarından asılıyıq: "Kağız və karton məhsulları, meşə sənayesi məhsulları, metal aksessuarlar, gübrə idxalının əhəmiyyətli hissəsi, taxıl məhsulları bu ölkədən idxal olunur. İdxal olunan bəzi məhsulların istehsalı üzrə dəyər zəncirinin əhəmiyyətli hissəsi Rusiyadadır. Bəzilərini isə özü idxal edərək emal edib göndərir. Rublun dəyərdən düşməsi Rusiya məhsullarını manat valyutasında ucuzlaşdıracaq".

Lakin ekspert bildirib ki, rublun 30-40% dəyərdən düşməsi, Rusiya məhsullarının da birbaşa eyni həddə ucuzlaşacağı anlamına gəlmir. Burada ucuzlaşma daha az ola bilər: "Bəzi məhsullarda çatışmazlıq yarana, bu da bahalaşmaya yol aça bilər. Çünki Rusiya istehsal etdiyi bəzi məhsulların komponentlərini xaricdən dollar və avro ilə alır. Həmin malları almaq çətinləşərsə, Rusiyada müəssələrin istehsalının həcmi aşağı düşə bilər. Alınan xammal və materialların da dəyəri rublun ucuzlaşması fonunda bahalaşır. İlkin olaraq rus rublunda qiymətlər ucuzlaşsa da, daha sonra Rusiyada idxal da bahalaşdığı üçün ucuzlaşma eyni miqdarda olmayacaq".

Azərbaycanda Meşə sənayesi – taxta, şalban, dsp, mdf məhsullarının ucuzlaşması mümkündür. X.Kərimlinin sözlərinə görə, bu malların maya dəyəri Rusiyada formalaşdığı üçün daha çox ucuzlaşma bu məhsullarda ola bilər: "Eyni zamanda bu məhsulların emalı xaricdən alınan mallarla olur. Bu kimi hallar maya dəyərini artıracaq. Sonda ucuzlaşma rubldakı ucuzlaşma qədər yox, daha az olacaq. Bu isə bir neçə aydan sonra daha çox müşahidə olunacaq".

Taxıl məhsullarına gəldikdə isə Rusiyadan 2 milyard dollarlıq idxalın təqribən 300 milyon dollara qədərini bu məhsullar təşkil edir. Taxıl məhsullarının qiyməti dünya bazarında formalaşır və dəyəri dollar və avroda ifadə olunur: "Rusiya-Ukrayna konflikti dünya bazarında bu qiymətləri artır. Müharibə sayəsində hasilat və ixracın azalacağı qorxusu ilə taxıl məhsulları bahalaşmağa davam edir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2279   Tarix: 04 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr
.

Azərbaycanın daxili dövlət borcu 5 %-ə yaxın azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 4,8 % azdır. Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 11,8 %-ni təşkil edib

28 oktyabr
.

Qızılın qiyməti rekorda çatdı

Ölkə bazarında 2026-cı 26 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044.50 AZN, 1 qram təmiz qızılın qiyməti isə 226.49 manat təşkil edib. Pərakəndə satışda 750 əyarlı İtalyan qızılının qramı 170.03 manat, 585 əyyarlı Türk qızıl

26 oktyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr

6 noyabr
.

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05

28 oktyabr
.

Azərbaycanda çips vergiyə cəlb olunacaq

Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi

5 noyabr
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş

24 oktyabr