Azərbaycana İT mütəxəssislərinin axını gözlənilir
Hazırda Rusiyada yaranmış məlum vəziyyətə görə, İT sektorunda çalışanların, proqramçıların ölkəni tərk etmək təhlükəsi var. Səbəb isə çox sadədir: informasiya texnologiyaları sahəsində dünyaca məşhur olan şirkətlərin Rusiyada çalışmamaq, ora ilə əlaqələri kəsmək qərarları. Hazırda hətta "Windows" şirkətinin belə oxşar sanksiyalara qoşulacağı ehtimal olunur.
Bəs belə olan halda Rusiyadan getmək istəyən İT mütəxəssislərini Azərbaycana cəlb etmək mümkündürmü? Bu nə qədər realdır?
"Report"a mövzu ilə bağlı açıqlama verən informasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov bildirib ki, həqiqətən də Rusiyada çalışan İT mütəxəssislərin Azərbaycana gəlmək ehtimalı var. Amma bunun Azərbaycan üçün həm müsbət, həm də mənfi tərəfləri ola bilər:
"Müsbət odur ki, böyük axın olsa, Azərbaycan peşəkar İT mütəxəssislərinə nəhayət, sahib ola biləcək. Bizim İT xidmətlərinin keyfiyyəti arta bilər. Mənfi cəhətləri ondan ibarətdir ki, əgər Rusiyadan kadrların axını olsa, yerli kadrlar rəqabətə dözməyə bilərlər. Bu da yerli kadrların xaricə axınına səbəb ola bilər. Bu isə öz növbəsində bizim milli təhlükəsizliyimizə mənfi təsir edə bilər. Bu dəqiqə bütün informasiyaların saxlanılması İT üzərində qurulub. Dünyada nüfuza sahib olmayan ölkənin mütəxəssislərinin Azarbayacana cəlb olunması təhlükə yarada bilər. Onun üçün burada bəzi məsələləri ciddi şəkildə yoxlamaq lazımdır".
Ekspert iddia edir ki, Rusiyadan gəlməsi ehtimal olunan mütəxəssislərin maaşları yerli bazara uyğun hesablanacaq:
"Onlar Rusiyada hazırda aldıqları maaşları bir müddət sonra ala bilməyəcəklər. Həmçinin, digər ölkələrə gedə bilməyəcəklər. Çünki Avropa ölkələri sanksiyalara görə Rusiyadan gedən İT və ya başqa sahənin işçilərini qəbul etməyəcək".
Moskvada yaşayan və çalışan İT mütəxəssisi Andrey Platonov deyir ki, çətinlik olsa da, İT sahəsində işlər gedir:
"Hazırkı vəziyyətə görə, "Amazon" və "Microsoft"dan asılılıq olmasın deyə qabaqlayıcı tədbirlər görərək bu serverləri tərk edirik.
Ümumiyyətlə, burada İT sahəsində çalışanlar yaxşı əmək haqqı alırlar: minimum 3 min ABŞ dolları. Güman olunur ki, valyutalar arasındakı fərqə görə maaşlar artaraq yenidən eyni səviyyəyə çatdırılacaq. Rusiya dövləti bu sahədə çalışanları itirməmək üçün müəyyən güzəştlərə gedir.
Təhlükə isə var. Rusiyada da, Krımdakı kimi, "Microsoft Azure" korporativ seqment bağlana bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas
29 oktyabrAzərbaycanın daxili dövlət borcu 5 %-ə yaxın azalıb
Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 4,8 % azdır. Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 11,8 %-ni təşkil edib
28 oktyabrQızılın qiyməti rekorda çatdı
Ölkə bazarında 2026-cı 26 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044.50 AZN, 1 qram təmiz qızılın qiyməti isə 226.49 manat təşkil edib. Pərakəndə satışda 750 əyarlı İtalyan qızılının qramı 170.03 manat, 585 əyyarlı Türk qızıl
26 oktyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr
6 noyabrƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05
28 oktyabrAzərbaycanda çips vergiyə cəlb olunacaq
Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi
5 noyabrAzərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini
30 oktyabrAzərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24 oktyabr