İcbari tibbi sığortadan istifadə zamanı problem yarandıqda nə edək? - RƏSMİ CAVAB

İcbari tibbi sığortadan istifadə zamanı problem yarandıqda nə edək? - RƏSMİ CAVABİcbari tibbi sığorta, sadə dillə desək, daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir. İcbari tibbi sığorta işçilərin əməkhaqqından, əməkhaqqından ayırmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir.

Vətəndaşların bir çoxu icbari tibbi sığortadan istifadə zamanı onlara lazım olan bəzi tibbi xidmətlərin ödənişli olduğunu deyirlər. Vətəndaşlardan birinin şikayətini təqdim edirik:

"İlk dəfədir ki, hər ay pul ödədiyim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətindən istifadə etmək istədim. Qeydiyyatda olduğum Hökməli qəsəbəsindən göndərişlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına getdim, 1 gün orada gözləyə-gözləyə nəhayət birtəhər USM-dən keçib ordan da gondərişlə endoskopiya üçün M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə getdim. 40 dəqiqə qeydiyyatda gözləyəndən sonra (gah sistem işləmir, gah internet, gah da xanımlar söhbət edir) sevincək yollandım həkim Sevinc Məlikovanın yanına. Həkim dedi ki, narkoz sığortaya daxil deyil, əlavə 50 manat ödəməliyəm. Digər gözləyənlərin də hərəsinə bir məbləğ demişdi. Səhər saat 10-da acqarına evdən çıxdığım halda neçə saat gözləyəndən sonra saat 2-də bezib özəl xəstəxanaya getdim. Sığortalı xəstə görən bütün həkimlər "ağız-burun əyir", elə minnət qoyur, elə "ağlayırlar" ki, "maaş belə, sığorta elə", adam "it peşmanı" olur. Qısası, aylıq boşuna pul verib, yenə özəl xəstəxanalara gedirik".

Şikayətlə bağlı Sonxeber.az saytı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərib.

Gələn cavabı olduğu kimi oxuculara təqdim edirik:

"Şikayət mətnində qeyd edilmiş endoskopik müayinə xidməti Xidmətlər Zərfi ilə təminata alınıb. Ambulator yardım zamanı istifadə olunan anesteziya xidməti, tibbi göstərişlərə əsasən, icbari tibbi sığorta çərçivəsində qarşılanır.

Həkim qəbulu zamanı təcili və təxirəsalınmaz hallar üçün heç bir limit yoxdur. Planlı müayinə və müalicə üçün müraciət etdikdə xəstələr növbəlilik prinsipi əsasında qəbul edilirlər.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlə bağlı ödəniş tələb olunarsa və ya müvafiq tibbi xidmətin göstərilməsindən imtina edilərsə, bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçiləri haqqında ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edilməlidir.

Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər. 

"Vətəndaşların müraciətləri haqqında" Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq, ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda, həmin Qanuna əsasən, müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2645   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

2 noyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr