Rusiyanın "fantom" ağrıları: günah Putində deyil

Rusiyanın "fantom" ağrıları: günah Putində deyil1709-cu ildə o dövrün ən güclü dövlətlərindən, imperiyalarından biri olan İsveç Krallığı XII-ci Karlın rəhbərliyi altında I Pyotrun Çar olduğu Rusiya İmperiyası ilə Poltava yaxınlığında döyüşə girdi. İsveç Krallığı müharibəni uduzdu, sonra öz daxilinə çəkildi, cəmi 300 ilə dünyanın ən inkişaf etmiş, ən xoşbəxt ölkələrindən birinə çevrildi.

Bu sözləri ekspert Natiq Cəfərli dünya imperiyalarının mahiyyətcə dəyişməsi ilə bağlı fikirlərini bildirərkən deyib.

O qeyd edib ki, bu gün İsveçin ÜDM-i 541 mlrd., adambaşına düşən milli gəlir 51.641 dollardır, əhalisi cəmi 10 mln. 380 min nəfərdir, ərazisi 447.445 kvşkm-dır:

"Rusiyanın ÜDM-i 2021-ci ildə 1,6 trilyon dollar olmuşdu, amma indiki məzənnə ilə hesablamalar aparılsa, 1,2 trilyon dollara bərabərdir, bu ilin sonuna 1 trilyon dollardan aşağı düşücək. 2022-ci ildə Rusiyada adambaşına düşən ÜDM-in 7500 dollara düşməsi gözlənilir, sanksiyalar çox sərtləşsə və bu il ərzində qalsa, adambaşına düşən ÜDM 5000 dollara qədər azala bilər.

Yəni, hətta bu günə olan rəqəmlərlə götürsək, İsveçin ərazisi Rusiyadan 39 dəfə kiçikdir, əhalisi 15 dəfə azdır, demək olar ki, heç bir təbii resursu yoxdur (və ya çox azdır), amma ÜDM-i Rusiyadan cəmi 2,5 dəfə azdır, adambaşına düşən ÜDM isə 6-7 dəfə çoxdur.

Britaniya, Fransa, İspaniya, Portuqaliya (daha kiçik Belçika, Hollandiya imperiyaları da olub) imperiyaları orta əsrlərdən 2-ci dünya savaşına qədər ən qəddar, qaniçən, yerli xalqları vəhşicəsinə sümürən imperiyalar idi. Fransa və İspaniya isə, ümumiyyətlə, qanla din yayamağa çalışdıqlarından, "missioner" olduqlarından daha çox qan tökdülər. Britaniya İmperiyası bir az fərqli davranırdı, daha çox ticarətdə aldadırdı, başqa cür sümürürdü.

İkinci Dünya müharibəsindən sonra o imperiyalar davranışlarını dəyişdilər, öz müstəmləkələrinə müstəqillik verdilər, amma iqtisadi, texnoloji, mədəni olaraq özlərindən tam asılı vəziyyətə saldılar. Yəni imperiya nəzəriyyələri dəyişdi, məğzi qalsa da, forması fərqli oldu, köhnə imperiyalar yeni yanaşma göstərərək, öz "metropoliayaları" ilə üfüqi əlaqələr qurmağa başladılar.

Müasir dünyanın ən yeni imperiyası olan ABŞ isə elə əvvəldən öz hökmranlığını başqa prinsiplər üzərində qurmağa çalışdı və müəyyən uğurlar əldə etdi. Amma ABŞ-ın da böyük səhvləri, günahları, cinayətləri oldu – insanlıq adına utanc verən əməllərdə yer aldı. Orta Şərqdə, Şimali Afrikada, Asiyada qanlı əməllər törətdi, amma, məsələn, Rusiya İmperiyasından fərqli olaraq, uğurlu modellər də təqdim edə bildi: bəli, Yaponiyaya 2 atom bombası atdı, amma müasir Yaponiyanın qurucusu da ABŞ oldu; bəli, Koreya savaşında iştirakçı oldu, amma Cənibi Koreya kimi uğurlu model də qura bildi (yeri gəlmişkən, bu gün müasir mənada "imperiyalardan" biri elə Cənubi Koreyadır – öz malları və texnologiyaları ilə dünyanı "işğal" edib).

Qərbi Avropanın, müharibədən sonra Qərbi Almaniyanın qurucusu da ABŞ oldu. Və ya Çinin əlindən Sinqapuru ala bildi, ada-şəhər dövlət qurdu, bu gün dünyanın ən inkişaf etmiş və korrupsiyasız ölkəsinə çevrildi.

Amma nə Fransanın, nə İspaniyanın, nə də Rusiyanın belə uğurlu modelləri var. Avropa imperiyaları bunu ötən əsrin 50-ci, 60-cı ilərində anladılar, öz "qınına" çəkilib "yumşaq gücə", iqtisadi "işğal" modelinə keçdilər, Rusiya (SSRİ) İmperiyası isə bunu anlamadı, hətta Şərqi Avropada belə alınmadı".

Ekspertin sözlərinə görə, bu gün baş verənlərin fəlsəfi səbəbi Rusiya İmperiyasının "fantom" ağrılarıdır, illyuzuyalarıdır, əsas səbəb odur ki, Rusiya hələ də böyük dövlət, imperiya olmağın yolunu ərazi ilə ölçür və təəssüf ki, bunun günahı tək Putində deyil, Rusiya elitası, xalqın böyük bir hissəsi yanlış imperiya "virusuna" yoluxublar:

"Hələ də elə bilirlər ki, böyük imperiya olmağın yolu ərazi genişliyindən və silahın gücündən keçir, ən böyük təhlükə məhz budur. Bu "fantom" ağrıların "sağalması" yolu isə ancaq böyük faciələrdən keçir – təəssüf ki, bu illyuziyaların dağılması tək Rusiya üçün deyil də, bütün dünya üçün təhlükələr yaradır..."/Axar


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2025   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021