"Bizim DÜNYAMIZ" adlı rəsm sərgisi keçirildi - FOTO
"Azərkitab" kitab evində autizmli İlham Qasımovun "Bizim DÜNYAMIZ" adlı fərdi rəsm sərgisi və İlhamın bu istedadının üzə cıxmasında böyük rolu olan müəlliməsi Zivər Xanlarovanın "Uşaqlara nəyi necə öyrətməli?" kitabının təqdimat mərasimi olub.
BiG.AZ xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbiri Ümidvar Könüllülər Təşkilatının rəhbəri Nazilə Məhərrəmli açaraq autizm spektor pozuntusu ile bağlı indiyə qədər gördükləri işlərdən danışaraq bu sərginin də o silsilədən oldugunu vurğulayıb. Daha sonra İlhamın timsalında autizmli uşaqların inkişafında effektiv təlim üsulu olan Lovaas metodu üzrə yazılan "Uşaqlara nəyi necə öyrətməli?" kitabının müəllifi Zivər Xanlarova kitab haqqında məlumat verib. Tədbirdə "Sağlamlığa Xidmət" ictimai birliyinin sədri Elçin Muxtarlı, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Vüsal Hətəmov, ADPU nun baş müəllimi, inklüziv təhsil üzrə təlimçi Gülşən Eminova, ADA məktəbinin muəllimi, əhəmiyyətli layihələrin icraçılarından biri Sevinc Quliyeva, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının redaktoru, həmçinin bir çox kitabların tərcüməçisi, redaktoru Şəfa Hətəmova, autizmli uşaqların valideynlərini başına toplayaraq hər zaman onlara dəstək olan, autizmli gənc rəssam Şamxal Xələflinin anası Zəhra Xələfli və digər qonaqlar cıxış edərək fikirlərini bildiriblər.
Bədii hissədə isə musiqi istedadı olan autizmli gənc Ayxan Quluzadənin peşəkar musiqiçi Şahin Əlizadə ilə birlikdə çox maraqlı çıxışı oldu. Onlar "Kücələrə su səpmişəm", "Ovuc ici qədər xoşbəxtlik yetər" mahnılarını böyük coşqu ilə ifa ediblər. Daha sonra valideyinləri ilə tədbirə qatılan digər autizmli gənclər də bəstəkar,müəllimə Arzu Səmədqızının müşayəti ilə onlara qoşulub.
Öz bəstələri ilə hər zaman autizmli uşaqlara dəstək olan bəstəkar Sevinc Tofiqqızı da sərgidə iştirak edib. Sonda autizmli uşaqların valideynlərinə "Uşaqlara nəyi necə öyrətməli" kitabı hədiyyə edilib. İştirakçılar İlhamın gözəl əsərləriylə tanış olaraq, onları öz sevimli məkanlarından asmaq üçün müəyyən məbləğ ödəyib əldə ediblər. Əsərlərin satışından əldə olunan vəsait İlhamın yaradıcılıgını daha da inkişaf etdirməsi məqsədi ilə ailəsinə verilib.
Sevindirici hal idi ki, tədbirdə iştirak edən digər uşaqlar da autizmli uşaqlarla birlikdə çox gözəl ünsiyyət qurublar.
Qeyd edək ki, "Uşaqlara nəyi necə öyrətməli?" kitabının ilk nəşri "Sağlamlığa Xidmət" ictimai birliyinin dəstəyi ilə nəşr edilərək valideynlərə, mütəxəssislərə təmənnasız olaraq paylanılıb.
Kitab ikinci dəfə yenidən çap edilib. İkinci nəşrindən əldə olunan gəlir isə "Ümidvar Könüllülər Təşkilatı vasitəsilə aztəminatlı ailənin autizmli uşağının ehtiyacları üçün ianə edilir.





Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO