Dörd azərbaycanlının öldürülməsinin təfərrüatı: "Gözümün qabağında vurdular" - VİDEO
Ukraynada öldürülən dörd azərbaycanlının cəsədi həmin ərazidəki morqa yerləşdirilib. Əslən Kəlbəcərdən olan qohumların nəşləri yaxın günlərdə Azərbaycana gətiriləcək.
Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumata görə, onlar Rusiyanın hərbi müdaxiləsi ilə Ukraynada başlayan müharibənin od-alovundan qurtulmaq üçün ölkədən çıxmaq istəyiblər, ancaq ölüm onları Moldova sərhədində yaxalayıb.
Uzun müddətdir ki, Ukraynada yaşayan Kəlbəcər rayonunun Təkəqaya kəndinin sakinləri - 46 yaşlı Nemət İsmayılov və 56 yaşlı Rəhim İsmayılov qardaşları, eləcə də Rəhim İsmayılovun 27 yaşlı oğlu Qabil İsmayılov və bacısının oğlu 25 yaşlı Camal Salmanov fevralın 27-də Ukraynadan Moldovaya keçərkən Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən atəşə tutulublar. Həmin vaxt orada olan bacıları Yaxşı Məmmədova deyir ki, sərhədi keçməyə çalışan insanlara kimin və niyə atəş açdığını hələ də başa düşə bilmir:
"Onda elə başa düşdüm ki, dünya dağıldı. Düşündüm ki, göydən nəsə gəldi. Hamı bir anlıq başını tutdu. Başımı qaldıranda gördüm ki, heç biri yoxdur. Hamısı yan-yana düzülmüşdü. Həmin meyitləri özüm götürdüm. Hamısını gözümün qabağında vurdular".
Vurulanlardan 3-ü yerindəcə, biri isə sonradan xəstəxanada dünyasını dəyişib. Yaxşı Məmmədova sağ qalan digər qohumu ilə Moldovadan keçərək Azərbaycana gəlib. Onun həyat yoldaşı isə meyitləri gətirmək üçün hazırda orada gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3739 Tarix: 09 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəmkirli 22 yaşlı gənc "1001 Sevinc"dən avtomobil qazandı
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "1001 Sevinc" lotereyasının növbəti tirajının qalibləri müəyyənləşib. Bu dəfə şans 22 yaşlı Şəmkir sakini Eltun Qurbanovun üzünə gülüb. Ona aldığı 19 biletdən biri lotereyanın supe
6 aprelAZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Gələn aydan Bakı-Belqrad-Bakı marşrutu üzrə uçuşlar "Air Serbia"nın uçuş cədvəlinə uyğun olaraq həftəd
6 aprelXocavəndə daha 33 ailə yola salınıb
Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb. "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür. Qeyd edək ki, bu köç də daxil olmaqla, Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edili
7 aprelİnsan özünü aldatdığını necə başa düşə bilər? - AÇIQLAMA
İnsan bəzən özünü qorumaq üçün reallığı olduğu kimi qəbul etməkdən qaçır və fərqinə varmadan özünü aldatmağa başlayır. Bu hal qısa müddətdə rahatlıq versə də, uzun müddətdə həm emosional gərginlik yaradır, həm də yanlış qərarların artmasına səbəb olur. Bəs görəsən insan özünü aldatdığını necə başa düş
6 aprelYerdə əhalinin sayı həddindən artıqdır: Həyəcan TƏBİLİ
Alimlərin fikrincə, hazırda Yer kürəsində yaşayan insanların sayı planetin dayanıqlı imkanlarını artıq xeyli üstələyib. xarici mediaya istinadla xəbər verir ki, onların hesablamalarına görə, Yer yalnız təxminən 2,5 milyard insanı uzunmüddətli və stabil şəkildə resurslarla təmin edə bilər. Araşdırma nəy
6 aprelZaur Əliyev nazir müavini təyin olundu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırlada
7 aprel