Bakıya mesaj verərkən rəzil olan "Vesti": İrəvanda "Rusastan" düşmənindən başqa yaltaq tapmadı? - VİDEO

Bakıya mesaj verərkən rəzil olan "Vesti": İrəvanda "Rusastan" düşmənindən başqa yaltaq tapmadı? - VİDEOErmənistanın dövlət kimi təcavüzkar praktikası, bu ölkənin cinayətlərlə dolu keçmişi bu günlərdə bütün dünyanın əksinə olaraq aşkar şəkildə Rusiyanı Ukraynaya qarşı müharibədə birbaşa dəstəkləməsinə imkan verir.

Sanksiyaların küncə sıxışdırdığı Rusiya isə hətta Ermənistanın kimi cılız bir ölkənin "dostluğundan" mədət umacaq vəziyyətə salınıb. Hər halda ortada olan mənzərə budur.

Əsrlərdir Rusiyaya yaltaqlanmaqla ondan öz mənafeyi naminə nələrsə qoparmağa çalışan ermənilər bu gün riyakarlıqları və dünyanın Rusiyanın Ukraynaya təcavüzünə qarşı birləşməsi sayəsində Rusiyanın gözünə "böyük" görünməyə başlayıb deyəsən...

Bu mənzərə Rusiyanın "Rossiya-1" telekanalının İrəvandan hazırladığı materialda aydın şəkildə nəzərə çarpır.

Məsələ bundadır ki, Ermənistan bu gün yürütdüyü ikiüzlü siyasət fonunda Rusiya üçün olduqca cəlbedici bir platformaya çevrilə bilər. Hər halda sanksiyalardan qismən də olsa yayına bilmək üçün Rusiya biznesi Ermənistanda kifayət qədər korrupsiyalaşmış və qanunsuzluqlarla dolu bir iqtisadi mühiti görməyə bilməz. Bu, "böyük qardaşın" kiçiyin qarşısında "əzilib-büzülməsinin" əsas səbəblərindən biridir.

Ona görə də "Rossiya-1"də yayımlanan "Vesti" proqramı Ermənistandan bəh-bəhlə süjet hazırlamağı özünə borc bilib. Çünki sanksiyaların məngənəsində olan Rusiya üçün hətta xarici ticarət baxımından İrəvan və ermənilərin təmin edəcəyi qanunsuz körpü belə kiçik nəfəsliyə çevrilə bilər.

Yəni, istənilən halda "Vesti"nin süjetinin kökündə "yaxınlıq" - mehriban münasibətlər və ya əlaqələr dayanmır. Rusiya öz mənfəəti üçün kiçiyin ayağına getməyə çalışır, Ermənistan isə riyakarlığı sayəsində "böyük qardaşı"nın acizliyindən xeyir güdür.

Bu məqamda isə "Vesti"nin "yaradıcı kollektivi" guya hansısa siyasi mesaj ötürməyə də çalışıb.

Belə ki, guya siyasəti bir kənara qoyub, idmandan danışmağa cəhd edən "Vesti" erməni güləşçi Arsen Culfalakyanın sanksiyaların Rusiya idmançılarına təsirindən "ürək ağrısı" ilə danışır. Fonda isə Culfalakyanın hansısa turnirdə Azərbaycan güləşçisi ilə qarşılaşması və qələbəsinin görüntüləri efirə verilir.

İdmanın siyasətdən uzaq olduğunu iddia edən "Vesti" bu məqamda Azərbaycana siyasi mesajmı verməyə çalışır? Bu cür cılız bir məqamla mesaj verməyə çalışmaq acizliyin hansı səviyyəsini, hansı mərhələsini təşkil edir?

Hər halda "Rossiya-1" bununla ən azı öz idmançılarının üzləşdiyi sanksiyalara haqq qazandırır. Əgər "Rossiya-1"in fikrincə Arsen Culfalakyanın Azərbaycan idmançısına qalib gəldiyi görüntü siyasi mesaj xarakteri daşıya bilirsə, o zaman Rusiya idmançılarının bütün turnirlərdən kənarlaşdırılmasında da Qərbin mövqeyinin haqlı olduğunu etiraf etmiş olur. Olduqca anlaşılmaz vəziyyət və görülməmiş axmaqlıqdır: idmanın siyasətdən kənar olduğunu söyləyib, idmanı siyasətin alətinə çevirirsən və bununla da sənə qarşı çıxan dünyanın haqlı olduğunu etiraf edirsən. Buna görə "Vesti"nin "yaradıcı kollektivi"nə alqış düşür!

Keçək məsələnin digər tərəfinə süjetin arxasında dayanan tələb-təklif münasibətlərinə...

"Vesti"nin həmsöhbəti Arsen Culfalakyan vaxtilə Rusiyanı düşmən adlandırmış, "Hraparak" qəzetində dərc olunan məqaləsində "Rusiya bizə düşməndir, biz Qərbə doğru addımlamalıyıq" ifadəsinin müəllifidir. Bu gün isə daşıyıcısı olduğu qanın ən "ali keyfiyyəti"ni (riyakarlıq) özündə daşıyan A.Culfalakyan Rusiyanın acizliyi qarşısında formalaşan tələbi anlayır və düşmən adlandırdığı Rusiyaya yaltaqlanmaq üçün təklifləri dinləməyə hazır vəziyyətdə kameranın qarşısına keçir, Rusiya idmançıları üçün "timsah göz yaşları" tökür. Görünür "Vesti"nin "peşəkar" komandası süjeti hazırlayarkən nazir müavini olmaq planları puça çıxdıqdan sonra, arvadını da işə düzəldə bilmədiyi üçün deputatı olduğu Nikol Paşinyanın "Mənim addımın" fraksiyasından imtina edən və bundan sonra erməni baş nazirin qatı düşməninə çevrilən bu "idmançı"nın keçmişinə yaxşı nəzər salmayıb. Əks halda İrəvanda kamera qarşısında bir vaxtlar "Rusiya bizim düşmənimizdir" deyən Arsen Culfalakyandan daha yaxşı yaltaqlanacaq minlərlə insan tapıb danışdırmaq da olardı.

Süjetin ən aciz məqamı isə yəqin ki, Nikol Paşinyanın fikirlərinin yer aldığı hissədir. Alovlu çıxış edən Nikol "Rusastan"ı (Rusiya) ölkəsinin ən vacib tərəfdaşlarının siyahısında ilk pillədə qoyur. Növbəti pillələri isə hazırda Rusiyaya qarşı ən çox çıxan ölkələr sayılan ABŞ və Fransaya verir.

Süjetin bu məqamında "Şeytanın dostluğu dar ağacına qədərdir" atalar sözü yada düşür. Hər halda Rusiya özü də bilir ki, Ermənistan istənilən an onu kürəyindən vuracaq potensiala və xislətə sahibdir. Ancaq nə etmək olar, acizlik hətta cılız Ermənistana da "böyük qardaş" kimi davranmağa vadar edə bilir.

Sonda Azərbaycana mesaj vermək iddiasına düşən "Rossiya-1"in "Vesti" proqramına da bir haşiyə açaq: Əgər hansısa mesajı ötürmək, hansısa siyasi maraqları kadrlarda əks etdirmək istəyirsinizsə, heç olmasa azacıq araşdırma aparın. Əks halda belə gülünc duruma düşürsünüz. İdmanı siyasətdən ayırmaq istəyəndə haqsız duruma düşür, "Rusiya düşməni"ninin "timsah göz yaşlarından" mədət umacaq hala gəlirsiniz... Adınız "Vesti" (xəbər) olsa da, özünüz dünyadan bixəbərsiniz.../Oxu.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2003   Tarix: 09 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib - FOTOLAR

Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbayca

6 noyabr
.

Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək. xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçıs

2 noyabr
.

Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb

Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada

4 noyabr
.

"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib

"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 500 tamaşaçı izləyib. Bu, turnirin indiki formatda keçirildiy

30 oktyabr
.

DÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol

6 noyabr
.

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar

Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib. WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağaye

2 noyabr
.

Kriştiano Ronaldo millidən AYRILDI

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu bəyan edib. xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin üzvü olub

5 noyabr
.

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formul

5 noyabr
.

Futbol dünyasını yasa boğan ölüm - Messi, Mbappe və digər ulduzlar başsağlığı verdi

İspaniyanın "Tenerife" klubunun hücumçusu Xesus de Miquelin vəfatı futbol ictimaiyyətində böyük kədərə səbəb olub. Ulduz futbolçular Lionel Messi, Kilian Mbappe və FIFA prezidenti Canni İnfantino mərhumun ailəsinə başsağlığı veriblər. xəbər verir ki, 30 yaşlı futbolçu noyabrın 2-də İspaniy

4 noyabr