Şamaxıda ilk oyunun tarixi və başlama saatı AÇIQLANDI

Şamaxıda ilk oyunun tarixi və başlama saatı AÇIQLANDI"Keşlə" futbol komandasının "Şamaxı" adı altında eyniadlı şəhərdə keçirəcəyi ilk oyunun tarixi və başlama saatı açıqlanıb.

Bu barədə "Report"a Şamaxı şəhər stadionunun meneceri Elşad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv martın 18-də yeni arenada meydana çıxacaq. Hüseynov həmin gün "Şamaxı"nın Azərbaycan Premyer Liqasının XX tur matçında "Sumqayıt"ı qəbul edəcəyini bildirib. Süni işıqlandırma sistemi qurulmadığından, qarşılaşma gündüz vaxtı - saat 15:00-da start götürəcək.

Hüseynov hazırda stadionda son tamamlama işlərinin görüldüyünü də diqqətə çatdırıb:

"Çəkiliş tribunaya əks tərəfdən olacaq. Buna görə də kameralar üçün qüllə düzəldilir. Eyni zamanda ehtiyat oyunçular və hakimlər üçün skamyaları yerləşdiririk. Şəhərimizdə oyuna maraq böyükdür. Yerli sakinlər matçı səbirsizliklə gözləyirlər".

Qeyd edək ki, Şamaxı şəhər stadionunun açılışı 2021-ci il noyabrın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə olub. Arena 2 200 tamaşaçı tutumuna malikdir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1396   Tarix: 09 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər. "Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir. 2023-2026-cı illərd

14 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı

22 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr