Sülhməramlıların erməni qadınlara "8 mart hədiyyəsi" separatçıların məzarına qismət ola bilər - VİDEO
Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingenti növbəti dəfə öz fəaliyyət sahələrinə uyğun olmayan məqamlarla gündəmə gəlib.
Belə ki, sülhməramlılar Laçın dəhlizindəki postlarda ermənilərin idarə etdiyi avtomobilləri yoxlamaq əvəzinə guya 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı jest etməklə məşğul olublar.
Erməni qadınlara gül paylayan sülhməramlılar yəqin ki, xidmət başında olduqlarını unudublar, əks halda hər biri potensial terrorçu ola biləcək erməni sürücüləri və Qarabağa nə daşıdıqları bəlli olmayan avtomobilləri yoxlamağın daha vacib və mandatlarına uyğun addım olduğunu bilməliydilər.
Hər bir halda martın 8-də erməni qadınlara görə "xərcə düşən" sülhməramlıların missiyası ilə əməlləri heç bir uyğunluq təşkil etmir.
Ancaq son günlərdə sülhməramlı missiyanın komandanı Andrey Volkovla bağlı ortaya çıxan faktlar sözügedən kontingentin ermənilərə etdiyi "jest"ə görə bəlkə də xərcə düşmədiyini də göstərə bilər.
Kim bilir bəlkə də, üzümçülüyə marağı olan A.Volkov Pirlər kəndindəki üzüm bağlarında öz biznes maraqlarını həyata keçirərkən uzaqgörənlik nümayiş etdirib, qanunsuz bizneslə məşğul olduğu ərazilərə elə bir-iki gül kolu da basdırıb ki, 8 Martda xərcə düşməsinlər...
Əslində qadınlara gül dəstələri vermək dünyanın heç bir yerində qəbahət sayıla biləcək bir addım deyil, lakin Rusiya sülhməramlılarının bunu etməsi, bunun sülhpərvərlik, sülhə töhfə kimi qələmə verilməsi gülünc mahiyyət daşıyır. Bu bir növ əri tərəfindən mütəmadi döyülən qadının 8 martda çiçək almasını xatırladır. Bu mənzərə qədər ikrah hissi doğurur. Axı sülhməramlılar sülh üçün etməli olduqlarını etmir, missiyalarının tələblərini yerinə yetirə bilmir, erməni separatçıların təxribatlarına göz yumur...
Belə olan halda sülhə töhfə üçün üzərinə düşən missiyanı icra edə bilməyib, bir güllə "sülh göyərçini" qiyafəsinə bürünmək nə dərəcədə məntiqlidir? Güllə yola salınan maşınlarda Azərbaycan ordusuna qarşı planlaşdırılan hansısa təxribata alət ola biləcək heç nəyin olmadığına necə əmin ola bilərik?
Məsələn, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bir halda ki, martın 8-də erməni separatçılar sülhməramlıların nəzarətində olan ərazilərdən ordumuzun mövqelərinə atəş açır, belə olan halda sülhməramlı kontingentin "8 mart jesti" hansı mahiyyət kəsb edir? Bu "gülünc" vəziyyət sülhməramlı kontingentin sözün əsl mənasında öz yarıtmazlığını etiraf etməsi deyilmi?
Bütün bunların fonunda sülhməramlıların 8 Mart canfəşanlığı sadəcə iyrənc bir səhnəyə çevrilir.
Sülhməramlıların Laçın dəhlizindən güllə yola saldığı avtomobili idarə edənlər arasında sonradan atəşkəsi pozmağa cürət edən separatçıların da olması istisna deyil. Bu yerdə qeyd etməliyik ki, sülhməramlıların payladığı güllərin ermənilər üçün bir faydası da ola bilər.
Çünki sülhməramlılar bu cür fəaliyyətə davam edəcəyi və separatçıların azğınlığı artacağı halda Azərbaycan ordusu adekvat tədbirlər görəcək. Bu zaman isə ermənilər şovinist düşüncələri və revanşizm xəyallarını beynindən silib ata bilməyənlərin məzarı üstünə qoymaq üçün gül axtarmaq əziyyətindən xilas olacaqlar. Çünki artıq həmin gülləri sülhməramlılar onlara paylayıb.../Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO