Ukraynada yaşayan soydaşımız Ukrayna ordusuna yardım fonduna böyük məbləğdə vəsait köçürüb
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oktay Əfəndiyevin nümunəvi addımını hazırda müharibə vəziyyətində olan bu ölkədə yüksək qiymətləndirirlər.
Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov öz "Facebook" səhifəsində məlumat verib.
O qeyd edib ki, COVID-19-un yayılmasından bəri, iki ilə yaxın müddətdə Ukraynada yaşayan azərbaycanlıların aztəminatlı ailələrinə yardım edən Oktay Əfəndiyev hərbi təcavüzdən sonra Ukrayna ordusuna yardım fonduna 3 milyon qriven köçürüb:
"Onun bu addımı Azərbaycan diasporunun digər nümayəndələrini də ruhlandırıb. Soydaşlarımız Ukrayna ordusunun qələbəsi üçün əllərindən gələni edir, böyük pullar xərcləyirlər. Hər birimiz işğalçıya qarşı ədalətli müharibənin ümumi xəzinəsinə töhfə verməyə can atırıq.
Əminəm ki, hər birimizin mümkün köməyi evimizə xaincəsinə basqın edən düşmən üzərində qələbə çalmağa imkan verəcək. Slava Ukraine!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1568 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr