"Qarabağ" səfərdə qalib gəldi
Martın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun növbəti görüşü keçirilib.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib. Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 30-cu dəqiqədə Abdullah Zubir vurub.
Bundan 4 dəqiqə əvvəl isə "Qarabağ"ın cinah oyunçusu Total Bayramov zədələnərək, meydanı tərk edib. Onu daha bir gənc futbolçu Elvin Cəfərquliyev əvəzləyib.
Matçın 60-cı dəqiqəsində isə "Sabah"ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə sinəsində ağrılar hiss edərək, meydanı tərk etməli olub. O, yerini Slavuk Alxasova verib.
İkinci hissədə ən real qol vəziyyəti 81-ci dəqiqədə yaranıb. Qonaqların legioneri Kadi Borgesin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top dirəyə dəyib.
Bu qələbə sayəsində xalını 43-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. Ağdam komandasının ehtiyatda bir oyunu da var. "Sabah" isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" səfərdə "Səbail"i 3:0 hesabı ilə yenib. Tura martın 13-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1709 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabr"Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
4 noyabr"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
7 noyabr"Barselona" Alexandro Baldeni satmağa hazırdır
İspaniyanın "Barselona" klubu müdafiəçisi Alexandro Balde ilə yolları ayırmağı planlaşdırır. "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yanvarda icarəyə verməyi nəzərdən keçirmir və onun satışına ümid edir. Klub qış "transfer pəncərəsi"nd
2 noyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabrİslam ikiqat Avropa çempionudur!
Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub
30 oktyabr"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto
Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün
8 noyabrPatrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib. xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb. Laki
3 noyabr