AP-ın Bakıya qarşı qətnaməsinin əsl səbəbi...
Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnamənsini qəti şəkildə pisləyirik. Bu qətnamə Azərbaycana qarşı uzun illər davam edən ikili yanaşmanın daha bir nümunəsidir. Dünyada və Qafqazda sülhə, sabitliyə kəskin ehtiyacın olduğu bir dönəmdə heç bir əsası olmayan bu cür sənədlərin qəbul edilməsi heç bir məntiqə və əxlaqa sığmır. Bu qətnamə Qafqaz regionunda sülhün bərqərar olmasına yönəlik fəaliyyətlərin inkişaf etdirilməsinə qarşı ciddi təhdiddir.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Müvəkkil Hüquq Mərkəzinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov AP-nin guya Qarabağda erməni mədəni irsinin məhv edilməsi barədə qəbul etdiyi qətnaməyə münasibətində qeyd edib.
Hüquq müdafiəçisi bildirib ki, işğal nəticəsində Azərbaycan mədəniyyətinin mənəvi paytaxtaxtı olan Şuşa Tarix Muzeyi (beş minə yaxın eksponatı olmuşdur), Qarabağ dövlət tarix muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyi və digər mədəniyyət abidələri dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, qədim əlyazma nümunələri məhv edilmişdir:
"İlk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılmışdır. İşğal ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir.
Lakin biz nə işğal dövründə, nə də işğaldan sonrakı zamanda Avropa təsisatlarının bir dəfə də olsun bu məsələlərə obyektiv münasibətinin şahidi olduq. Hesab edirəm ki, bu qətnamə Azərbaycanın vurulmuş zərərlə bağlı beynəlxalq təsisatlar qarşısında məsələ qaldırması istiqamətində fəaliyyətinin qarşısını almağa yönəlmiş bir aktdır. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan öz haqlı mövqeyni beynəlxalq birlik qarşısında müdafiə etməkdə israrlı olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK