Deputatdan şok açıqlama: "Avropa Parlamenti, get..."

Deputatdan şok açıqlama: "Avropa Parlamenti, get..."Avropa Parlamentinin bizim əleyhimizə səs verən, guya biz ermənilərin Qarabağda tarixi abidələrini və məbədlərini dağıdırıq, deputatların bir sürüsünü, (köpək sürüsü, eşşək ilxısı) bir "KAMAZ"a yığıb gətirməliyik Qarabağa. Öncə Ağdamda və digər işğal ərazilərində törətdikləri vəhşilikləri göstərməliyik. Nə bir tarixi abidəmiz qalıb, nə də bir müqəddəs məbədimiz. Hətta qəbiristanlığımızdakı ölülərin nəşlərini də çıxarıblar, hara atıblar xəbərimiz yoxdu və qəbiristanlıqlarımızda taxıl əkiblər.

Bizim əleyhimizə səs verən deputatların bir sürüsünü yığıb gətirib əvvəl onların elədiyi vəhşilikləri göstərməliyik , sonra aparmalıyıq sülhməramlıların nəzarəti altında olan (əslində heç bir nəzarət yoxdur, hər gün ordan ermənilər bizim postları atəşə tuturlar) ərazilərə , görsünlər biz bir dənə (əslində ermənilərə mənsub olmayan və yaxud ermənilər bu ərazilərə köçürüldükdən sonra tikdikləri) məbəd və tarixi abidələrə bir ziyan vurmuşuq, yoxsa yox.

Təbii ki, tapa bilməyəcəklər.

Amma bu çoxüzlü Avropa Parlamentinin deputatları ermənilərin dağıtdıqları Azərbaycanın tarixi abidələrini və məbədlərini erməni adı ilə dünyaya sırıya bilərlər.

Buna görə də biz sübut etməliyik ki, Qarabağda dağıdılan tarixi abidələr, məbədlər bizə aiddir. Əlimizdə faktlar var. Düzdür, bu faktlar onların filan yerinə də deyil. Amma biz bu faktları onların gözünə soxa bilərik.

Adamı yandıran nədir? Adımı sənə qoyum, səni yana-yana qoyum. İndi Avropa Parlamenti ermənilərin etdiklərinin adını bizə qoyur, bizi yana-yana qoyur. Doğrudanmı, bu parlamentdə bizim lehimizə səs verən 2 nəfərdən başqa, ağlı başında olan adam yoxdur?

Hətta Bakıda erməni kilsəsinin olduğundan xəbərsizdilər. Və yaxud Dədəvəngdəki (əslində monastrın və ya kilsənin erməni xalqına dəxli yoxdur) kilsəni həmin Avropa Parlamentinin həmin bizim əleyhimizə səs verən deputatlarının gözünə (ayrı cür də oxuya bilərsiniz) soxa bilərik ki, biz Qarabağ ərazisində sülhməramlıların nəzarətində olan abidələrimizi ziyarət edə bilmirik, amma ermənilər istədikləri vaxt Kəlbəcərdə özlərinə aid etdikləri məbədi ziyarət edə bilərlər.

Mən Avropa Parlamentinin üzvü deyiləm. Bu pisdir, ya yaxşıdır, onu da bilmirəm. Amma bu Parlamentin üzvü olsaydım, yəqin ki, qalxıb orda bütün qarabağlılar kimi əsəbi və hətta söyüşlə danışa bilərdim. Görünür, elə ona görə bu Parlamentin üzvü deyiləm.

Bu Parlamentin üzvü olsaydım bizim əleyhimizə səs verənləri bir "KAMAZ"a doldurub gətirərdim Azərbaycana ki, gözləri ilə görsünlər. Buna Qarabağda deyirlər ki, gözü ilə görən it uşağı.

Bizim xarici siyasət idarəmiz Avropadan deputatları və ya nümayəndələri dəvət edib Azərbaycana, gəlirlər gözləri ilə görürlər (gözüylə görən, uçastkovı, özün başa düşdün də), amma burda bir cür, gedəndən sonra başqa cür danışırlar.

Bizim də gücümüz çatmır ki, onları bir yerə yığıb ağızlarına təpiklə döyək ki, ay nemes uşağı nemes, Allahınız yoxdu, bunu bildik, bəs kişiliyiniz də yoxdu?

Təbii ki, Allahsız adamın kişiliyi də olmur.

Avropa Parlamenti, get s… . Yəni sağ ol./Pravda


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1665   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr