Avropadan qaz tədarükü ilə bağlı çoxlu müraciət var - XİN
Avropa ölkələrindən Azərbaycana əlavə qaz tədarükü ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Haber Global"a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə əməkdaşlığı nümunəvi xarakter daşıyır.
"Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə həyata keçirilən enerji layihələri Avrasiyanın enerji xəritəsini uzun illər ərzində dəyişdirib. Son 15 ildən artıq bir müddətdə Azərbaycan həmin bu iş birliyi nəticəsində Avropaya neft və neft məhsullarını tədarük etməkdə davam edib. Artıq TAP layihəsi ilə Gürcüstan və Türkiyə üzərindən Xəzər dənizinin qaz ehtiyatları hesabına Avropaya qaz təchizatına başlanılıb. Birinci mərhələdə 10 milyard kubmetr qazın Avropa bazarlarına, ilk olaraq üç ölkəyə İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılması təmin edilib. Hazırda da müraciətlərin sayı çoxdur. Qərbi Balkanlar və digər Avropa ölkələrinə əlavə qaz həcmlərinin daxil olması üçün müraciətlər daxil olur. Bu istiqamətdə Azərbaycan və Türkiyə iş birliyi hesabına yaxın zamanlarda qaz həcmlərinin artırılması istiqamətində addımlar atılacaq", - C.Bayramov bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK