Azərbaycanda ana və azyaşlı övladları itkin düşdü
Şəmkirdə ana və azyaşlı övladları itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov Axar.az-a bildirib ki, rayonun 20 Yanvar küçəsində yaşayan 27 yaşlı Səriyyə Məmmədova 7, 6 yaşlı oğlanları və 4 yaşlı qızı ilə birlikdə mart ayının 9-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun sözlərinə görə, faktla bağlı Şəmkir Polis Şöbəsinə mart ayının 12-si rəsmi məlumat daxil olub.
"Hazırda itkin düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - E.Qasımov qeyd edib.
Məlumat üçün bildirək ki, Səriyyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstədir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1396 Tarix: 13 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoyunçuluq sahəsində diqqətçəkən addım
Konya şəhərində fəaliyyət göstərən bir qoyunçu, birdəfəyə 100 baş qoyun almaqla diqqət mərkəzinə düşüb. xəbər verir ki, bu, Türkiyədə bu miqyasda həyata keçirilən ən böyük qoyun alımlarından biri hesab olunur. Heyvandarlıq sektorunda nadir rast gəlinən belə böyük həcmli addım, bölgədə istehsal gücünü
3 aprelTimsah futbol oynayan uşağı dostlarının gözü önündə parçaladı
İndoneziyada timsah 13 yaşlı oğlanı dostlarının gözü qarşısında parçalayaraq öldürüb. xarici KİV-ə istinadla bildirir ki, hadisə Kutai Kartaneqara rayonunda baş verib. Məlumata əsasən, yeniyetmə futbol oynayarkən suya düşən topu götürmək üçün Mahakam River çayına girib. O, sahildən təxminən 12 metr uzaqlaşdıqda
5 aprel62 yaşlı qadın evində ölü tapıldı
Mingəçevirdə evdə qadın meyiti aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Energetiklər yaşayış massivi ərazisində yerləşən fərdi evlərdən birində baş verib. 1964-cü il təvəllüdlü ev sahibi Şükufə Aslanova yaşadığı mənzildə ölü vəziyyətdə aşkar olunub. İlkin müayinə zamanı meyi
3 aprelZığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
Bakının Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıqları ərazidə sahibsiz itlərin əlindən çölə çıxmaq, üfunətdən isə nəfəs almaq olmur. Onların sözlərinə görə, çirkab suların dənizə axıdıldığı kanalın üstünün açıq olmas
5 aprelKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ
Aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir
5 aprelTürkiyədəki güclü zəlzələnin ANBAAN VİDEOsu
Xəbər verdiyimiz kimi, Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, sosial şəbəkə istifadəçiləri zəlzələ anının videolarını paylaşıblar. Qeyd edək ki, yerli vaxtla 08:52də baş verən zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.Yeraltı təkanın ətra
4 aprel