Ukraynada 100-dən çox azərbaycanlı mühasirədə - Altı gündür əlaqə kəsilib

Ukraynada 100-dən çox azərbaycanlı mühasirədə - Altı gündür əlaqə kəsilibUkraynanın Mariupol şəhərində 100-dən çox azərbaycanlı mühasirədə qalıb.

Bu barədə mühasirədə qalan ailələrin birinin üzvü Tural Həmidzadə məlumat verib.

Onun sözlərinə görə, 6 gündür ki, mühasirədə qalan adamlarla əlaqə kəsilib:

"Rus ordusu oranı yerlə-yeksan edir, hər tərəf darmadağındır. 6 gün əvvələ kimi danışırdıq, indi bütün əlaqələr itib. Orda mənim atam, bacılarım, bacım uşaqları, bibim, xalam, xalamın oğlu və 6 aylıq nəvəsi var. Onların yaşayıb-yaşamadıqları məlum deyil. O qədər adamın həyatı deyəsən, heç kim üçün maraqlı deyil...

Səfirlik vaxtında xəbər vermədi ki, onları həmin ərazidən çıxardaq".

T. Həmidzadə deyib ki, səfirlikdən evakuasiya edilmək üçün avtobus göndəriləcəyinə söz verilsə də, buna əməl etməyiblər:

"Bacım Afaq Həmidova Mariupolda cəmiyyət sədridir. Səfirlik ondan azərbaycanlıların siyahısını istəmişdi.

O da fevralın 26-sı 100 nəfərlik siyahı vermişdi ki, avtobus göndərilsin, evakuasiya edilsinlər. Lakin avtovuslar göndərilmədi".

Qeyd edək ki, Sumı, Xarkov, Poltava, Dneprdə də xeyli azərbaycanlı köməksiz vəziyyətdə qalıb.

Rumıniya çöllərində acınacaqlı vəziyyətdə qalan çox sayda soydaşımızın olması barədə də məlumatlar var./Bakupost


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1609   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27 oktyabr
.

Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə mümkün münaqişəyə hazırlayır

Almaniya Bundesverinin xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq keçir. xəbər verir ki, bu barədə "Bild" qəzeti briqada komandiri Andreas Künəyə istinadən məlumat yayıb. Künenin sözlərinə görə, hazırlıq konkret rəqibə - Rusiyaya qarşı yönəlib. Hərbçilər uzunmüddətl

27 oktyabr
.

The New York Times: "Kral Çarlz Karib hövzəsinə səfər edir - Britaniya müstəmləkəçiliyinin mirası yenidən gündəmdə"

Böyük Britaniya kralı II Çarlz Karib hövzəsində keçiriləcək Birlik sammitində iştirak etmək üçün bölgəyə səfər edir. The New York Times-a istinadən xəbər verir ki, səfər Britaniyanın keçmiş müstəmləkələri ilə münasibətləri və tarixi ədalətsizliklərə görə üzr istənilməsi tələbləri fonunda baş tutur. Sammitd

27 oktyabr
.

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunu

28 oktyabr
.

Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik

28 oktyabr
.

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 6

27 oktyabr
.

Rusiya bu müharibələri uduzub - Sikorski

Qərbdə möhkəm kök salmış bir mif var: Rusiya həmişə qalib gəlir. Lakin işlər heç də həmişə onların istədiyi kimi getmir. xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Rusiya Krım müharibəsində məğlub oldu. Yaponiyaya qarşı müharibədə uduzdu. Birinci Dünya müharibəsində

27 oktyabr
.

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"

28 oktyabr
.

Tramp Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş vermədiyini bildirib

ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D. Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib. xəbər verir ki, Tramp jurnalistlərə Vensdən İranla danışıqları bərpa etməyi xahiş edib-etmədiyi soruşulduqda bildirib ki, "Xeyr. İranın tibbi yardıma ehtiyacı var. Xəstə insanlar

29 oktyabr