Sabunçuda yeznə-qayın davası: bir neçə bıçaq zərbəsi endirildi "MƏNDƏN XƏBƏRSİZ UŞAĞI XƏSTƏXANAYA APARMIŞDI..."

Sabunçuda yeznə-qayın davası: bir neçə bıçaq zərbəsi endirildi "MƏNDƏN XƏBƏRSİZ UŞAĞI XƏSTƏXANAYA APARMIŞDI..."Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini bıçaqlamaqda ittiham olunan 30 yaşlı İlham Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, hadisə ötən il oktyabrın 10-da paytaxtın Sabunçu rayonunda baş verib. İ.Əhmədov bacısı ilə kobud rəftar etməsinə və ailədə dava-dalaş salmasına görə yeznəsi Asif Əliyevə iradını bildirib. Yeznə-qayın arasında yaranan mübahisə qansız ötüşməyib. İ.Əhmədov bıçaqla yeznəsinə bir neçə zərbə endirib. Yaralı təcili xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

İ.Əhmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən İlham Əhmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində Asiflə bacısının 4 il öncə evləndirklərini, Xaçmaz rayonunda yaşadıqlarını, birgə nikahdan bir övladları olduğunu deyib. Bacısının ailəsindəki maddi vəziyyətlə əlaqədar valideynlərinin onlara ara-sıra yardım etdiklərini, qış aylarında isə yeznəsi ilə bacısının onlarla birgə qaldıqlarını bildirib. Son vaxtlar bacısı uşağının ayaqlarında şiş əmələ gəldiyindən körpənin vəziyyət günü - gündən pisləşib. Uşağı bir neçə tibb müəssisəsinə aparıb müayinə və müalicə etdiriblər. Lakin müalicələr müsbət nəticə verməyib.

"Valideynlərim bacımın oğlunu xəstəxanaya aparmışdılar. Həkimlər uşağı səhhətinin ağır olduğunu deyiblər və stasionar qaydada müalicə almasını təklif ediblər. Bacım da uşaqla xəstəxanada qalmalı olub. Həmin gün atam zəng vurub dedi ki, yeznəmiz Asif xəstəxanada nəsə narazılıq yaradıb, gəl bir yerdə xəstəxanaya gedək. Atamla birgə xəstəxanaya getdik. Bacım dedi ki, Asif heç bir səbəb olmadan narazılıq yaradır, hətta uşağın müalicə olunmasına görə xəstəxanada qalmağımıza etiraz edir" - İ.Əhmədov ifadəsində deyib.

Onlar xəstəxanada olarkən Asif də arvad-uşağının yanına gəlib, orada qayınatası və qayınanası ilə mübahisəsi düşüb: "Asif zəng vurub narahat etməsin deyə anamın təklifi ilə bacım telefon nömrəsini sındırdı, atam ona yeni nömrə alıb verdi ki, nəsə lazım olsa bizimlə əlaqə saxlasın. Biz xəstəxanadan evə qayıdandan sonra Asif sənədlərini aparmaq üçün evə gəldi".
Onlar xəstəxanada olarkən Asif də arvad-uşağının yanına gəlib, orada qayınatası və qayınanası ilə mübahisəsi düşüb: "Asif zəng vurub narahat etməsin deyə anamın təklifi ilə bacım telefon nömrəsini sındırdı, atam ona yeni nömrə alıb verdi ki, nəsə lazım olsa bizimlə əlaqə saxlasın. Biz xəstəxanadan evə qayıdandan sonra Asif sənədlərini aparmaq üçün evə gəldi".

Asifin bacısı ilə kobud rəftar etməsi, səbəbsiz yerə xəstəxanada narazılıq salması, valideynləri mübahisə yaratması İlhamda ona qarşı qəzəb hissi yaradıb. Bu səbəbdən də Asifi cəzalandırmaq qərarına gəlib: "Asif fiziki cəhətdən məndən güclü olduğuna görə ehtiyat edib özümlə bıçaq götürdüm. Yaşadığımız evdən 100-150 metr aralıda, insanların az gediş-gəlişi olan yerdə dayanıb Asiflə söhbət etdim, ona iradımı bildirdim. Asif sözlərimə əhəmiyyət vermədi, dediklərimə biganə yanaşdı, haqsız ola-ola özünü haqlı çıxarmağa çalışdı. Üzərimə gəlib hücum çəkməyə istəyəndə əlimi bıçağa atdım. Bıçaqla ayağına və qarnına vurdum. Zərbənin təsirindən yerə yıxıldı. Neçə zərbə vurduğumu xatırlamıram. Asifi öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam".
Zərərçəkmiş Asif Əliyev ifadəsində hadisə baş verən ərəfələrdə qayınatasının evində qaldıqlarını, oğlunun səhhəti ilə bağlı problem yarandığını, ondan xəbərsiz uşağı xəstəxanaya apardıqlarını, buna görə arvadı ilə aralarında narazılıq yarandığını deyib: "Ailə söhbətlərimizə müdaxilə etdiklərinə görə qayınatam və qayınanamla aramızda mübahisə baş verdi. Sənədlərimi götürmək üçün axşamüstü qayınatamın evinə gəldikdə İlham mənimlə işi olduğunu dedi. Evdən bir qədər kənara dəvət etdi, məni döymək istədiyini başa düşdüm. Ailə söhbətimizə qarışmasına görə iradımı bildirdim, sakit danışmasını tələb etdim. Mübahisəmiz düşdü. İlham məni bıçaqla vurdu".

Zərərçəkmiş ifadəsinin davamında qaynını bağışladığını, onunla barışdığını, deyib və məhkəmədən İlhama yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə İlham Əhmədova 2 il şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

İ.Rafiqqızı


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1544   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi

17 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal

18 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr