Manat dollar qarşısında bahalaşa bilər? - Mərkəzi Bankdan AÇIQLAMA

Manat dollar qarşısında bahalaşa bilər? - Mərkəzi Bankdan AÇIQLAMANeftin qiymətinin yüksəlməsi valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

Manatın xarici valyutalar qarşısında dəyərini müəyyən edən əsas göstəricilərdən biri də neftin dünya bazarındakı qiymətidir. Ötən həftə ərzində "Azeri Light" markalı Azərbaycan nefti dünya bazarında son illərin rekordunu yeniləməklə bahalaşaraq 135,99 dolları təşkil etdi. Növbəti dövr üçün neftin qiymətinin 100 ABŞ dollarından yuxarı həddə qalacağını nəzərə alsaq, bunun manatın ABŞ dollarına qarşı məzənnəsində dəyişikliyə, eləcə də manatın ABŞ dolları qarşısında dəyər qazanmasına təsir edə bilmə ehtimalı ilə bağlı Mərkəzi Bank tərəfindən açıqlama verilib.

Bildirilib ki, Azərbaycanda əldə olunan neft gəlirlərinin çox hissəsi Dövlət Neft Fondunda toplanır və dövlət büdcəsində öncədən təsdiq edilmiş transfertlər çərçivəsində xərclənir. Əlavə edilib ki, bu baxımdan son vaxtlar sürətlə yüksələn neft qiymətləri valyuta bazarına əsasən məzənnə gözləntilərini yaxşılaşdırmaq vasitəsilə təsir edir:

"Neftin qiymətinin yüksəlməsi strateji valyuta ehtiyatlarını artırmaqla valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2385   Tarix: 14 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl

27 oktyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr
.

Azərbaycanda çips vergiyə cəlb olunacaq

Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi

5 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar

29 oktyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29 oktyabr
.

Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 16 milyard 74,1 milyon manat müəyyən edilib. bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,9 % azdır. Dövlət büdcəs

23 oktyabr