Ukrayna Rusiya ilə sülh sazişinin bağlanma vaxtını açıqlayıb
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya ilə sülh sazişi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər.
"Report" bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
"Hazırda vəziyyət pisdir, indi və ya bir-iki həftə ərzində tez bir zamanda qoşunların çıxarılması ilə sülh razılaşması olacaq, qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq – bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra", - O.Arestoviç bildirib.
Qeyd edək ki, martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlayıb. Lakin sonra Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirib.
Artıq Rusiya və Ukrayna tərəfləri arasında danışıqların üç raundu keçirilib. Son görüşdən sonra Ukrayna tərəfi bəyan edib ki, humanitar dəhlizlər məsələsində müsbət irəliləyişlər var, lakin hələlik Ukraynada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq heç bir nəticə yoxdur. Öz növbəsində Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların növbəti raundundan gözləntilərin özünü doğrultmadığını qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər