Güləşçilərin reytinq cədvəli açıqlandı: Rafiq Hüseynov dünyanın birincisidir
Azərbaycan güləşçilərinin 24-27 fevralda Türkiyənin İstanbul şəhərində keçirilmiş Yaşar Doğu turnirindən sonra reytinq cədvəli açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, yunan-Roma güləşində dünya və Avropa çempionu Eldəniz Əzizli bu yarışda 60 kq-da çıxış etdiyindən, 55 kq-dakı reytinq cədvəlində dəyişiklik olmayıb və o, 3-cü yerdə qərarlaşıb.
63 kq-da Taleh Məmmədov bürünc medal qazanmaqla bir pillə yüksələrək 5-ci olub. O, 5 200 xal qazanaraq reytinq xalını 30 200-ə yüksəldib.
67 kq-da reytinq dəyişikliyi olmayıb. Azərbaycan əsilli Ukrayna güləşçisi Pərviz Nəsibov yenə 3-cüdür.
72 kq-da Ülvi Qənizadə turnirdə 10-cu olsa da, bir pillə irəliləyərək 7-ci olub. O, 5 480 xal qazanmaqla moldovalı Valentin Petiçi keçib.
77 kq-da dünya ikincisi Sənan Süleymanov İstanbulda da gümüş medal qazanıb və 3-cü sıraya qalxıb. 9 400 xal qazanan Sənanda indi ümumi reytinq xalları 46 400-ə bərabərdir.
82 kq-da olimpiya medalçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov İstanbulda türkiyəli əsas rəqibi Burhan Akbudaka 0:9 hesabı ilə uduzsa belə, yenə reytinqdə 1-cidir. O, bürünc medal qazanmaqla 5200 xal qazanıb və ümumi xal ehtiyatını 50 200-ə qaldırıb. Həmin turnirin qalibi Burhan isə 45 min xalla 2-cidir.
130 kq-da Azərbaycanı təmsil edən gürcü əsilli Beka Kandelaki gümüş medal qazanmaqla TOP-10-a düşüb. Yarımfinalda türkiyəli üçqat olimpiya mükafatçısı, dördqat Avropa və doqquzqat dünya çempionu Rıza Kayaalpa tuşe ilə (red. - kürəyi güləş döşəyinə vurma fəndi) qalib gəlməklə yerli auditoriyanı təəccübləndirmiş Beka 17 min xal qazanıb. İndi bu idmançının ümumilikdə 26 400 xalı var.
Turnirə bir idmançı istisna olmaqla Dağıstan əsilli güləşçilərlə qatılan sərbəst güləşçilərimizdən reytinqdə xüsusi yüksəliş göstərən olmayıb.
Qadın güləşində 59 kq çəki dərəcəsində çıxış edən Alyona Kolesnik bürünc medal qazanmaqla üç pillə irəliləyərək 7-ci yerə qalxıb. İndi onun 22 500 xalı var.
Qeyd edək ki, növbəti reytinq yarışı 2-5 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. İlin sonunda reytinqdə ilk "3-lük"də olan idmançılara Ümumdünya Güləş Birliyi tərəfindən pul mükafatı verilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1086 Tarix: 15 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
4 noyabrKriştiano Ronaldo millidən AYRILDI
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu bəyan edib. xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin üzvü olub
5 noyabr"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 500 tamaşaçı izləyib. Bu, turnirin indiki formatda keçirildiy
30 oktyabr"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabrAzərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək. xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçıs
2 noyabr"Qarabağ" klubu 4500 manat cərimələnib
"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik
3 noyabr"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
7 noyabrHidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30 oktyabr