İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul etdi - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

"Hörmətli cənab nazir və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Sizi görməyə şadıq. Bu vacib mərasimdə iştirak etmək üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Ümidvaram ki, növbəti il biz artıq stansiyanın istismarının başlanğıcını qeyd etmək məqsədilə daha bir mərasim keçirəcəyik. Bu, həqiqətən də böyük və mühüm əhəmiyyət kəsb edən tədbirdir. Çünki bu stansiya Azərbaycanda tikiləcək belə miqyasda olan ilk günəş elektrik stansiyasıdır. Bu stansiya bu sahədə ən aparıcı şirkətlərdən biri tərəfindən inşa ediləcək və çıxışımda qeyd etdiyim kimi, dost ölkədən olan şirkət tərəfindən. Bu, çox vacibdir. Düşünürəm ki, bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır. Əminəm ki, başqa sahələrdə olduğu kimi, bərpaolunan enerji sahəsində də biz bir çox imkanları taparaq kəşf edəcəyik. Əlbəttə ki, biz ticarətdə, siyasi təmaslarda yaxşı nəticələr əldə etmişik və iki ölkənin rəhbərləri arasında münasibətlər çox səmimidir. Əminəm ki, biz bərpaolunan enerji sahəsində uğur qazanacağıq. Dünya enerji bazarında cari vəziyyəti nəzərə alaraq hesab edirəm ki, biz daha geniş mənzərəyə nəzər sala bilərik. Əlbəttə ki, OPEC+ formatında aramızda mükəmməl əməkdaşlıq var. Mən məqsədlərimizə maksimal şəkildə çatmaq üçün potensiala, potensial sərmayələrə və bu sahədə birgə fəaliyyətə daha geniş nəzər salmağı düşünürəm.

Bir daha sizi salamlayıram və sizə Bakıda yaxşı vaxt keçirməyi arzulayıram".

Nazir Suhail Al Mazrouei deyib:

"Çox sağ olun, Zati-aliləri. Yenidən Bakıda olmaqdan çox məmnunam. Zati-aliləri, mən hər dəfə gələndə Bakını daha inkişaf etmiş görürəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan həqiqətən də həm turistlər, həm də birbaşa xarici investisiyalar üçün cəlbedici olub. Zati-aliləri, Birləşmiş Ərəb Əmirlikləri və "Masdar" şirkəti olaraq Sizi əmin etmək istərdik ki, bərpaolunan enerji ilə bağlı strategiyanıza dəstək olmağa sadiqik. Biz, həmçinin digər layihələrdə iştirakda maraqlıyıq. Mənim azərbaycanlı həmkarımla müzakirə apardığım kimi, məsələn qaz mövzusu. Bugünkü vəziyyətə nəzər salsaq, mənbələrin şaxələndirilməsi üçün Azərbaycandan Avropaya daha çox qaz nəql oluna bilər. Eləcə də, hidrogen. Qaz kəmərindən istifadə etməklə gələcəkdə hidrogen Azərbaycanın ixrac edə biləcəyi yaşıl enerjinin bir forması ola bilər".

12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul etdi - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1061   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB+Foto/Video

Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlha

8 noyabr
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzində Siz

8 noyabr
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

9 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"

"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. "Türkiyə həm Azərbaycanı

8 noyabr
.

Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Dövlətimizi

8 noyabr