Beş lüğət yazdı, kəndliyə torpaq payladı - UNUDULAN MƏMURLAR

Beş lüğət yazdı, kəndliyə torpaq payladı - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovdan bəhs edəcəyik.

Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olub. O, orta təhsilini elə doğulduğu rayonda alıb. Daha sonra isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsini bitirib.

Məmmədov Qərib Kənd Təsərrüfatı Nazirliyində laborant, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri və institutun direktoru vəzifələrində çalışıb.

O, 1996-cı ildə deputat seçilib. 2001–2015-ci illərdə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub.

Qərib Məmmədov BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi və aqrar məsələlər üzrə müşaviridi.

Qərib Məmmədov onlarla elmi əsərin, o cümlədən 30 metodik tövsiyə və kitabçanın, 36 müəlliflik şəhadətnaməsi və patentin, 5 səmərəli təklifin, 20-dən çox dərslik və dərs vəsaitinin və 30-a yaxın monoqrafiyanın müəllifidir

Qeyd edək ki, onun əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunub. O, bu günədək 16 dərsliyin, 4 dərs vəsaitinin, 22 monoqrafiyanın, 5 lüğətin, 8 təlimatın müəllifi və ya həmmüəllifidir.

Qərib Məmmədov aqrar elmlər üzrə fəlsəfə doktoru, ekologiya ixtisası üzrə biologiya üzrə elmlər doktor dərəcəsini və professor elmi adını alıb.

Sabiq sədr 2001-ci ildə AMEA-nın müxbir üzvü, sonra isə həqiqi üzvü seçilib.

Qərib Məmmədov sədrliyi dövründə mətbuat katibi kimi çalışan Hikmət Babaoğlu deyir:
"Onun Torpaq və Xəritəçəkmə Komitəsinin sədrliyi dövründə ilk dəfə torpaqlar özəlləşdirilərək kəndlilərə verildi. Mən 10 il Qərib müəllimlə işləmişəm. O, rəhbərlik etdiyi kollektivi ailəsi kimi görürdü. Qərib Məmmədov torpaq islahatı keçirən zaman ona qarşı çıxan çox olmuşdu. Hətta onlar arasında rəhbər şəxslər də var idi. Çünki torpaqların kəndlilərə paylanması onların istifadəsini məhdudlaşdırırdı. O, bu müqaviməti qırdı. Bu gün də mənim Qərib müəllimlə çox yaxşı münasibətim var. Onun tələbkarlığı sayəsində mən torpaqşünaslıq haqqında demək olar ki, bütün bilgilərə sahibəm".

Hazırda AMEA-da məsul vəzifədə çalışır. Ailəlidir, iki övladı var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1972   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr