Novruz bayramında turistlər hara üz tutur?
Novruz bayramı ərəfəsində ölkəyə turist axınının çoxalacağı gözlənilir.
Sonxeber.az-ın sorğusunu cavablandıran "Ebrou travel" turizm şirkətinin direktoru Sürəyya Axundova bildirib ki, Novruz bayramı günlərində bir çox ölkələrdən turislər gözlənilir:
"Novruz tətili günlərində daha çox Pakistan, Hindistan, eyni zamanda İrandan turistlər gözlənilir. Bu Novruzda Azərbaycana xaricdən gələn turistlər çoxluq təşkil edəcək.
Pandemiya ilə əlaqədar turistlərin sayı azalmışdı. Lakin Novruz bayramında bu aktivliyin çoxalacağı gözlənilir. Dubay, Abu-Dabi, Küveyt istiqamətlərindən də turist axını gözlənilir. Ölkəmizdə pandemiya şərtləri daha yumuşaq olduğundan, bu, turistlər üçün də əlverişlidir.
Məsələn, açıq havada maska məcburiyyətinin, restoranlar üçün xüsusi karantin proqramının olmadığından bu, turistlər üçün digər ölkələrə nisbətən daha əlverişli sayılır.
Yerli turistlər isə daha çox xaricə üz tuturlar. Azərbaycanlı turistlər ilk növbədə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə (Dubay) üz tuturlar.
Yeni istiqamətlərdən biri olan Şri-Lankaya da turistlərimiz üz tutur. Avropa ölkələrindən isə İspaniya və Macarıstanı daha çox seçirlər. Çünki bu ölkələrdə Şengen vizasının verilməsi şərtləri daha rahatdır".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 998 Tarix: 15 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr