"3 il əvvəlin videosu indi yayılır" - Meyxana deyən futbolçu
Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev yığmanın toplanışında stolun üzərinə çıxaraq meyxana deyib.
Sonxeber.az sportinfo.az-a istinadən xəbər verir ki, gənc müdafiəçinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub.
Futbolçunu tənqid edənlər onun daha çox kriminal aləmə həsr edilmiş meyxananı təkrarlamasına toxunublar.
Maraqlıdır ki, həmin vaxt yığma komandanın məşqçilər heyəti də orada olub.
Məsələ ilə bağlı futbolçunun özü ilə əlaqə saxladıq. Elvin Cəfərquliyev "Qafqazinfo"ya açıqlamasında bunları dedi: "Video U-21 millinin toplanışında çəkilib. Özü də təxminən 3 il əvvəl. Məşqlərdə verilən tapşırıqların yekununa əsasən bəzən məşqçilərin verdiyi cəzalar olur. Cəzalar adətən əyləncə xarakterlidir. Həmin anda ağlıma gələn, sözlərini bilidiyim o idi deyə, onu oxudum. Orada tək mən deyil, bir neçə futbolçu da oxumuşdu. Necə çəkilib, hardan çəkilib bilmirəm. Maraqlıdır ki, 3 il əvvəlin videosu indi yayılır. Çox güman məşqçilərin masasından çəkilib. Oradan görünən odur. Yenə də deyirəm, Əyləncə xarakterli idi".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1501 Tarix: 15 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
4 noyabrKriştiano Ronaldo millidən AYRILDI
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu bəyan edib. xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin üzvü olub
5 noyabr"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 500 tamaşaçı izləyib. Bu, turnirin indiki formatda keçirildiy
30 oktyabr"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabrAzərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək. xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçıs
2 noyabr"Qarabağ" klubu 4500 manat cərimələnib
"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik
3 noyabr"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
7 noyabrHidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30 oktyabr