Bu uşaqlarda 3 yaşdan sonra nitqdə gerilik müşahidə oluna bilər - Loqopeddən AÇIQLAMA
Müasir dövrdə nevroloji, psixi xəstəliklərlə və psixoloji problemlərlə yanaşı nitq qüsurları da aktuallıq təşkil edir. Bəs bu problemlə necə mübarizə aparılmalıdır?
Mövzuyla bağlı Sonxeber.az-a defektoloq loqoped Rufa Mirişli açıqlama verib.
Onun sözlərinə görə, loqopedlərə müraciət səbəbi yalnız səslərin korreksiya olunmasından ibarət olmamalıdır:
"Loqopedlərdən böyük məsuliyyət və işlərində peşəkarlıq tələb olunur. Əgər uşağınızın 3 yaşına kimi nitqində heç bir irəliləyiş müşahidə olunmursa, loqoped konsultasiyası mütləqdir. Loqopedik konsultasiya zamanı nitqin anlaması, söz ehtiyatı, cümlələrin qurulmasının inkişafına diqqət yetirilir. Erkən yaşdan başlanılan düzgün müdaxilə problemin aradan qalxmasının ilkin mərhələsidir. Əgər 3 yaşa kimi loqopedik, psixopedoqojik dəstək olmazsa, 3 yaşdan sonra nitqdə gerilik müşahidə oluna bilər.
Hər bir valideynin istəyi uşağının sağlam inkişafıdır. Əfsuslar olsun ki, bəzən hər hansı bir səbəbdən inkişafında problemlərlə rastlaşanlar olur. İşini bilən həkimlər, psixoloqlar, loqopedlər, pedaqoqlar valideyn dəstəyi ilə bu problemin aradan qalxmasına köməklik edirlər. Çünki kompleksli iş təkcə mütəxəssislərdən ibarət olmur, valideynlərin səbrli dəstəyi işin uğurlu hissəsindən biri hesab olunur.
Hörmətli valideynlər, uşaqlarınızın nitqinin inkişafına ən böyük dəstəkçi sizsiniz!"
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər