Pişiyin qəbiristanlıqda basdırılması ilahiyyatçıların etirazına səbəb oldu - VİDEO
Sumqayıtda "Köhnə qəbiristanlıq" adlanan ərazidə insan məzarlarının yanında pişik qəbri də var. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, qəbiristanlıqda insan məzarının yanında pişik üçün qəbirüstü abidə düzəldilib.
"Masya" adlı pişiyin qəbri mərmərlə örtülüb, üzərinə heyvanın şəkli həkk olunub, ətrafı abadlaşdırılıb, yanında insanların əyləşməsi üçün oturacaq da qoyulub.
Maraqlıdır ki, bu qədər işlərin görüldüyü qəbiristanlıqda məzarlığa nəzarət edən şəxs basdırılma prosesindən xəbərsiz olduğunu deyir.
Pişiyin qəbiristanlıqda basdırılması və ya sadəcə başdaşı düzəldilməsini şəhər sakinləri də birmənalı qarşılamayıblar.
Bəs insan qəbiristanlığında heyvan basdırılmasına ilahiyyatçıların münasibəti necədir?
İlahiyyatçı Gülağa İsmayılov hesab edir ki, insan olduğu yerdə heyvan dəfn etmək qəbiristanlıq əhlinə hörmətsizlik sayılır.
Onun fikrincə, heyvanlar öldükdə basdırılmalıdır ki, hər hansı xəstəlik yayılmasın. Ancaq onların basdırılma yeri insan qəbiristanlığı deyil.
Mövzu ilə bağlı hazırlanmış videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2227 Tarix: 15 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr