"Beerlin Pub"dakı qətlin şahidi: "Bizə deyilməyib ki, xanımsız gəlmək olmaz"

"Beerlin Pub"dakı qətlin şahidi: "Bizə deyilməyib ki, xanımsız gəlmək olmaz"Bakıda yerləşən "Beerlin Pub"da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Qədimov ifadə verib.

R.Qədimovun sözlərinə görə, təqsirləndirilən şəxsi "pub"da görüb:

"Vüqargildə oturmuşduq, nərd oynayırdıq. Qərara gəldik ki, "Beerlin Pub"a gedək. Yer sifariş etdik, getdik. İçəri girəndə məni buraxmadılar ki, corabsızsan. Vüqar dedi ki, biz yer "rezerv" etmişik. Corab geyindim, keçdik içəri. İçəridə bizə dedilər ki, xanımsız gəlmisiniz, otağa buraxılmırsınız. Biz dedik ki, depozit də qoymuşuq, amma bizə deyilməyib ki, bura xanımsız gəlmək olmaz. Daha sonra Valehlə Orxan mübahisə etdi. Biz dedik ki, səbəb deyin, demədilər. Valehlə Orxan mübahisə edib çıxdılar çölə. Sonra Orxan Valehi vurdu. Bir də gördüm ki, qışqırdılar ki, dostunuz öldü. Biz gəldik ki, Vüqar yerdə xırıldayır".

Şahid ifadəsində Vüqarı öz maşınları ilə "Leyla Şıxlinskaya" klinikasına apardıqlarını qeyd edib:

"Orada dedilər ki, bunu Neyrocərrahiyyə Xəstəxanasına aparın. Təcili yardım maşınına qoyub aparırdılar. Yolda təcili yardım maşını döndü 3 saylı şəhər Klinik Xəstəxanasına. Ora çatanda dedilər ki, Vüqar öldü".

Qeyd edək ki, ötən il avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən "Beerlin Pub" kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitnes-məşqçi kimi fəaliyyət göstərib.

O.Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2296   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...

Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"

17 oktyabr
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu

19 oktyabr
.

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur. Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü i

27 oktyabr
.

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl

29 sentyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas

29 sentyabr
.

Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş

Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd

14 oktyabr
.

Aliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu

Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala

30 sentyabr