"Kəpəz" qayıdış planına start verdi
2022/23 mövsümündən Premyer Liqaya qayıdacaq "Kəpəz" heyətin formalaşması üçün işlərə başlayıb.
Sonxeber.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi elita təcrübəsi olan bir neçə futbolçunu yayda heyətinə cəlb edəcək.
Nicat Qurbanovla ilkin anlaşma əldə edən bölgə klubu, xüsusən də, digər komandalarda stabil oyun şansı əldə etməyən oyunçularla güclənməyi düşünür. "Kəpəz"in növbəti mövsüm müdafiə xətti "Səbail"in üzvü Məhəmməd Mirzəbəyov, "Keşlə"nin arxa xətt oyunçuları Kərim Diniyev və Tərlan Quliyev kimi oyunçulardan qurula bilər. Çünki gəncəlilər adıçəkilən hər üç futbolçunu Gəncəyə aparmaq niyyətindədir. Həm Məhəmməd, həm Kərim, həm də Tərlan yayda azad agent statusu alacaq.
Həmçinin vaxtilə ölkəmizdə AZAL və "Səbail"də çıxış etmiş türkmənistanlı yarımmüdafiəçi Elman Taqaev də "Kəpəz" üçün Azərbaycana qayıda bilər. 33 yaşlı hücumameyilli oyunçu hazırda ölkəsinin "Ahal" klubunun formasını geyinir.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada Tərlan Quliyev 15, Məhəmməd Mirzəbəyov 13, Kərim Diniyev isə 4 oyun keçirib. Quliyevin aktivində 1 qol var.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1451 Tarix: 16 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabrRonaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsüm
8 noyabrHidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30 oktyabrAzərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib. WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağaye
2 noyabrFormula 1 tarixinin ən gənc qalibi oldu
"Mercedes"in 20 yaşlı italyan pilotu Kimi Antonelli Meksika Qran-prisində 3-cü yeri tutaraq Formula 1 tarixinin ən gənc qalibi adını qazanıb. "Qafqazinfo" xəbər verir ki, Mexikodakı Hermanos Rodriges trasında keçirilən 71 dövrəlik gərgin yarışı "Red Bull"un sürücüsü Mak
3 noyabr